Təsvir:
- Rəqəmsal hökumət (G2C/G2G/G2B) tələblərinə uyğun, istifadəçi interfeysi və təcrübəsini formalaşdıraraq, vizual və interaktiv dizaynla məhsulların yaradılması və inkişafı;
- Maraqlı tərəflərin (Stakeholder) təkliflərini təhlil etmək, fərziyyələr formalaşdırmaq və yoxlamaq, hesabatları hazırlayıb komandaya təqdim etmək;
- İstifadəçi fikirlərini müntəzəm şəkildə anket, müsahibə və fokus qrupları ilə toplayaraq, məhsulun inkişafını istiqamətləndirmək və yeni imkanları müəyyən etmək;
- İstifadəçi axınlarını (User flow) formalaşdırmaq və test etmək, istifadəçi interfeysləri və prototiplərini tərtib etmək;
- İnformasiya arxitekturalarını hazırlamaq;
- İstifadəçi təcrübəsini daim analiz edib, onu yaxşılaşdırmaq üçün addımlar atmaq;
- Dizayn həllərini müxtəlif istifadəçi qruplarında sınaqdan keçirmək (Usability Testing), nəticələri hesabat şəklində komandaya təqdim edib, geridönüşlərə əsasən həlləri təkmilləşdirmək;
- Dizayn sistemi komponentlərindən istifadə, yeni komponentlərin yaradılmasında təkliflər vermək;
- Məhsul inkişafında komanda üzvləri ilə əməkdaşlıq edərək, istifadəçiyə mükəmməl təcrübə təqdim etmək;
- Komanda üzvləri ilə bilik və bacarıqları paylaşmaq, rəqəmsal dizayn həlləri yaratmaqda dəstək və təklif vermək.
Tələblər:
- Məhsul dizaynı, istifadəçi təcrübəsi (UX) və interfeysinin yaradılması (UI) sahəsində 3 illik təcrübə;
- Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə məhsulun hazırlanmasının bütün mərhələlərində, ilk addımdan istifadəyə verilməsinə qədər təcrübə;
- Məhsul və funksionallıq göstəricilərinin (metrics) təyin edilməsi və bu göstəricilərin izlənməsi sahəsində təcrübə;
- İstifadəçi testlərinin (Usability Testing) keçirilməsi və istifadəçi davranışlarını araşdırmaq sahəsində geniş biliklər;
- Dizayn həllərini data əsaslı (Data-driven) qərar verərək hazırlamaq bacarığı;
- Komandaya dizayn layihələrində dəstək olaraq, istifadəçi təcrübəsini artırmağa kömək etmək;
- Dizayn sistemi üzrə nəzəri biliklərə sahib olmaq, komponentlərin istifadəsi və inkişafı istiqamətində təcrübə;
- Agile metodologiyası ilə bağlı bilik və təcrübəyə malik olmaq.
- Figma, Maze, Hotjar, Jira, Confluence kimi alətlərlə işləmək;
- Mobil (iOS, Android) və Web platformalarda dizayn təcrübəsi;
- Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq;
- Front-end proqramlaşdırma biliklərinin olması üstünlükdür (HTML, CSS);
- Minimal olaraq “Intermediate" səviyyəsində İngilis dili.