Təsvir
- Serverlərdə proqram təminatının tələblərə uyğun konfiqurasiya edilməsi;
- Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
- Fayl serverin, verilənlər bazasının idarə olunması serverlərinin, update serverləinin, antivirus serverlərinin və onların proqram təminatının fasiləsiz işini təmin etmək;
- Şəbəkə resurslarından istifadəni nəzarətdə saxlamaq;
- Server avadanlığı və server proqram təminatında baş verən nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üçün operativ tədbirlər görmək;
- Server avadanlığı və proqram təminatında baş verən bütün dəyişikliklər və nasazlıqlar barəsində rəhbərliyi məlumatlandırmaq;
- Layihələr çərçivəsində yaradılacaq infrastrukturun konseptual dizaynını hazırlamaq;
- İstifadəçilərin siyahısını, onların giriş və icazələrini öz rəhbərliyi və eyni zamanda digər şöbə rəhbərlikləri ilə razlaşdırmaq;
- Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
- Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
- Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
- Server avadanlıqlarının modernizasiyası ,yeni avadanlıqların və server proqram təminatının alınması üçün təkliflərin hazırlanması;
- Öz texniki bilik səviyyəsini daima artırmaq, server avadanlıqarı və server proqram təminatı ilə bağlı müasir texnologiyala və biliklərlə yiyələnmək;
- Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
- Dev / test / prod mühitləri üçün infrastrukturun yaradılması və dəstəklənməsi;
- Server proqramının işləməsi zamanı baş verən hadisələrin kritikliyini qiymətləndirmək;
- Mikroservis infrastrukturun dəstəklənməsi və inkişafı;
- Yeni serverlərin, konteynerlərin, xidmətlərin və alt sistemlərin yerləşdirilməsinin optimallaşdırılması və avtomatlaşdırılması;
- CI/CD proseslərinin həyata keçirilməsi və dəstəklənməsi;
- Təlimatların, fəlakət hallarının aradan qaldırılması planlarının hazırlanması və yenilənməsi.
Tələblər
- Ali təhsil mütləqdir (Texniki sahə üzrə arzuolunandır);
- İngilis və Rus dili biliyi orta səviyyədə;
- Sistem inzibatçılığı üzrə sertifikat(lar)ı olanlara üstünlük verilir;
- Proqramlaşdırma təcrübəsi olması arzu ediləndir;
- Vəzifə üzrə minimum 4 il iş təcrübəsi;
- Şəbəkə protokolları (TCP/İP,UDP,İCMP və s.)
- Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin inzibatçılığı
- Linux (RedHat, Ubuntu, Rocky OS) əməliyyat sistemlərinin inzibatçılığı
- Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy
- Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere
- Proxy və web server-lərlə bağlı iş təcrübəsi – Haproxy, Nginx, Apache, Tomcat, IIS
- Sistem firewall ilə işləmək bacarığı - Iptables, Firewalld, Windows firewall
- Backup sistemləri ilə iş təcrübəsi
- DNS servisləri ilə iş təcrübəsi - Windows DNS, BIND,PowerDNS
- Server update repository-lər ilə iş təcrübəsi - apt-mirror, WSUS
- Windows Server role-service və tool-ları ilə işləmək bacarığı - DHCP, Print server, RDS, Certificate services, Volume Activation, Windows Admin Center, Data Deduplication
- Skript dillərindən birini bilmək (powershell, bash, python)
- Non-relational bazaların qurulması və konfiqurasiyası üzrə bilik və iş təcrübəsi
- Logging texnologiyaları ilə bağlı biliklər – GrayLog, ELK, syslog
- File transfer servisləri ilə işləmək bacarığı - SFTP, FTP
- File share texnologiyaları ilə iş bacarığı - DFS, NFS, SMB sharing
- High availability sistemləri ilə iş təcrübəsi - keepalived, pacemaker, windows failover cluster
- Time servisləri ilə iş təcrübəsi - NTPd, Chronyd
- Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Packer, Ansible, Terraform
- Konteyner texnologiyaları ilə iş bacarığı – Docker,containerd
- Versiya nəzarət sistemləri ilə iş bacarığı – Git, Gitlab
- Cİ/CD open source alətlərilə iş bacarığı – Gitlab, Jenkins
- Konteynerlərin orkestrasiya sistemləri ilə iş bacarığı – Kubernetes, Nomad
- Log fayları, metrikaları toplayan və təhlil edən sistemləri ilə iş bacarığı – ELK, Prometheus, Grafana
- Agile metodologiyaya uyğun olaraq bilik və işləmək bacarığı
- ITIL prinsiplərini bilmək
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.