İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
  • 175
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Government

Infrastructure Architect

  • Истекает 15 май 2025

Təsvir

  • Dövlət qurumlarının istifadə etməli olduqları avadanlıq və proqram təminatına dair texniki uyğunluğunun müəyyənləşdirilməsi;
  • İnformasiya sistemlərinin texniki səmərəlilik qiymətləndirməsi və təhlili;
  • Rəqəmsal Hökumət Arxitekturasın formalaşdırılması;
  • Dövlət qurumlarının Rəqəmsallaşma üzrə Diaqnostikasının həyata keçirilməsi;
  • İnformasiya sistemlərinin qiymətləndirilməsi proseslərini həyata keçirilməsi;
  • Rəqəmsal İnkişaf qiymətləndirməsi çərçivəsində sistemlərin analizi;
  • Qiymətləndirmə nəticələri üzrə tövsiyələrin hazırlanması;
  • Rəqəmsallaşma üzrə Yol Xəritələrinin formalaşdırılması və icrasında iştirak;
  • Rəqəmsal İnkişaf Konsepsiyasından irəli gələn digər tədbirlərin icrası;
  • Digər dövlət qurumlarına metodoloji və əməli dəstək.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr üstünlükdür);
  • İT infrastrukturası layihələndirməsi və idarə edilməsi sahəsində minimum 5+ il iş təcrübəsi;
  • Bulud və şəbəkə texnologiyaları sahəsində dərin biliklər (AWS, Azure, Google Cloud Platform);
  • Virtualizasiya platformaları (VMware, Hyper-V) ilə geniş təcrübə;
  • Server, yaddaş və şəbəkə həlləri üzrə güclü texniki biliklər;
  • İnfrastruktur avtomatlaşdırma alətləri (Terraform, Ansible, Chef, Puppet) üzrə təcrübə;
  • Konteyner texnologiyaları (Docker, Kubernetes) ilə iş təcrübəsi;
  • Təhlükəsizlik və risk idarəetməsi sahəsində güclü anlayış;
  • Monitorinq sistemləri (Nagios, Prometheus, Grafana, ELK Stack) üzrə təcrübə;
  • DevOps prinsipləri və CI/CD prosesləri ilə tanışlıq;
  • İnfrastruktur problemlərinin həlli üçün güclü analitik və problemlərin həlli bacarıqları;
  • Dövlət qurumları və İT təhlükəsizlik standartları ilə iş təcrübəsi üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
  • Komanda ilə əməkdaşlıq və effektiv ünsiyyət bacarıqları;

Sertifikatlar (arzuolunan):

  • AWS Certified Solutions Architect, Microsoft Certified: Azure Solutions Architect və ya Google Professional Cloud Architect;
  • VMware Certified Professional (VCP) və ya VMware Certified Advanced Professional (VCAP);
  • ITIL sertifikatı;
  • Kubernetes sertifikatları (CKA, CKAD, CKS).

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily75
  • Weekly350
  • Monthly1604