Təsvir
- Gündəlik laboratoriya əməliyyatlarının idarə edilməsi (avadanlıqların rezervasiyası, iş sahələrinin paylanması, istifadəçi girişi).
- Alətlərin, materialların və ehtiyat hissələrin inventarının qorunması; təchizat və tədarükçülərlə əlaqələr(gərəkdiyi halda).
- Təhlükəsizlik qaydalarına (OSHA, elektrik təhlükəsizliyi) və təmizlik standartlarına riayət və riayətə nəzarət.
- Laboratoriya istifadəsi üçün qaydalar, təlim proqramları və ən yaxşı təcrübələrin hazırlanması.
- Kompüter avadanlıqlarının istifadə təlimatlarına nəzarət və eletron təhlükəsizliyə nəzarət.
- Avadanlıqların (3D printerlər, alət-dəzgah maşınları, lehim stansiyaları, osiloskoplar) müntəzəm texniki qulluğu, kalibrləməsi və problemlərin aradan qaldırılması.
- Elektrik, mexaniki və ya proqram təminatı ilə bağlı problemlərin müəyyən edilməsi və həlli (lazım gələrsə, digər texniklərlə əməkdaşlıqla).
- Laboratoriya infrastrukturu (elektrik təchizatı, havalandırma, IT sistemlər) üzərində nəzarət.
- Aparat təminatına yönəlmiş hackathonlar, təlimlər, seminar və innovasiya müsabiqələrinin təşkili.
- Startaplar, universitetlər və sənaye tərəfdaşları ilə əməkdaşlıqla effektiv proqramların hazırlanması.
- Laboratoriya istifadəçilərinə (startaplar, tələbələr, sahibkarlar) prototipləşdirmə texnikaları, dizayn düşüncəsi və layihə idarəetməsi üzrə mümkün qədər mentorluq.
- Laboratoriyanın imkanlarının təbliği (yeni istifadəçi və tərəfdaşların cəlb edilməsi).
Tələblər
- Mexanika/Elektrik Mühəndisliyi, Sənaye Dizaynı və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi, Biznes idarəçiliyi, Mexatronika və Robototexnika mühəndisliyi.(qəti şərtlər deyillər)
- Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(orta və ya yaxşı)
- Beynəlxalq əməkdaşlıqların qurulması, dünyanın və regionun önəmli laboratoriya mərkəzlərinə səfər və təcrübə mübadiləsində iştirak
- Laboratoriya/emalatxana idarəetməsi, texniki qulluq və ya hardver prototipləşdirmə sahəsində ən azı 1,5-3 il təcrübə.
- Prototipləşdirmə alətləri (3D printerlər, lazer kəsici maşınlar, PCB freze maşınları) ilə iş təcrübəsi.
- Elektrik sistemləri, IoT cihazları və CAD/CAM proqramları (SolidWorks, Fusion 360) bilikləri.
- Əsas proqramlaşdırma/script bilikləri (Python, Arduino) üstünlükdür.
- MS Office və Mac əməliyyat sistemləri ilə işləyə bilmə qabiliyyəti.
- Təşkilatçılıq, çoxtapşırıqlı idarəetmə və problem həll bacarığı.
- Kommunikasiya və mentorluq bacarığı.
- Tədbir təşkili və icma layihələri təcrübəsi.
- Avadanlıq texniki qulluğu, elektrik təhlükəsizliyi və ya layihə idarəetmə (PPM kimi) sertifikatları üstünlükdür.
- Startap ekosistemləri, inkubatorlar və ya "maker" məkanları ilə iş təcrübəsi üstünlükdür.
- Sürətli prototipləşdirmə, kiçik partiyalı istehsal və fiziki məhsul əsaslı çevik metodologiyalar haqqında biliklərə sahib olmaq üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.