İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
  • 234
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Dövlət idarəetməsi və müdafiə , Dövlət xidmətləri

IT Governance üzrə aparıcı mütəxəssis

  • Deadline 13 Noyabr 2026

Təsvir

  • Dövlət qurumlarında İT idarəetməsi, rəqəmsal transformasiya və informasiya sistemləri üzrə mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi;
  • Qiymətləndirmə nəticələri əsasında çatışmazlıqların və risklərin müəyyən edilməsi, təkmilləşdirmə üzrə tövsiyələrin hazırlanması;
  • Tövsiyələr və təkmilləşdirmə tədbirlərinin icra vəziyyətinin monitorinqi və nəticələr üzrə hesabatlılığın təmin edilməsi;
  • Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası və rəqəmsal yetkinlik göstəricilərinin qiymətləndirilməsi;
  • Qiymətləndirmə və diaqnostika nəticələri üzrə analitik hesabatların, təqdimatların və fəaliyyət planlarının hazırlanması;
  • Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğunun qiymətləndirilməsi;
  • Reyestrlərə (İESR, EXR və s.) qeydiyyat prosesinin həyata keçirilməsi;
  • İT sahəsində tətbiq edilən siyasət, prosedur, standart və digər idarəetmə sənədlərinin təhlili, habelə hazırlanması;
  • Elektron xidmətlərin funksional tələblərə uyğunluğunun yoxlanılması, habelə istifadəçi təcrübəsinin qiymətləndirilməsi.
  • Normativ sənədlərin hazırlanmasında iştirak edilməsi;
  • Beynəlxalq standartlar və qabaqcıl təcrübələr əsasında qiymətləndirmə metodologiyalarının və meyarlarının hazırlanması və təkmilləşdirilməsi;
  • Dövlət qurumları ilə görüşlərin və müzakirələrin keçirilməsi, təqdim edilən məlumatların və təsdiqedici sənədlərin təhlil edilmədi;
  • Hesabatlılığın təmin edilməsi;
  • Digər zəruri tapşırıqlar üzrə müvafiq araşdırmaların aparılması.

Tələblər

  • İT idarəetməsi, İT auditi, İT risklərinin idarə edilməsi və ya informasiya sistemlərinin qiymətləndirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
  • İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı;
  • Rəqəmsal transformasiya, İT strategiyası və rəqəmsal yetkinliyin qiymətləndirilməsi yanaşmaları üzrə biliklər;
  • Elektron xidmətlərin və informasiya sistemlərinin texniki qiymətləndirilməsi və təhlili bacarığı;
  • Biznes proseslərinin təhlili, modelləşdirilməsi və avtomatlaşdırılması üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi, ehtiyat nüsxələmə, fəlakətdən bərpa və fəaliyyətin fasiləsizliyi prinsipləri üzrə biliklər;
  • İT risklərinin qiymətləndirilməsi, daxili nəzarət mexanizmləri və uyğunluq tələbləri üzrə biliklər;
  • İT xidmətlərinin, dəyişikliklərin, insidentlərin və İT aktivlərinin idarə edilməsi prosesləri üzrə biliklər;
  • İnformasiya sistemlərinin arxitekturası, verilənlər bazaları, API, sistemlərarası inteqrasiya və bulud texnologiyaları üzrə texniki biliklər;
  • COBIT, ITIL, ISO/IEC 38500, ISO/IEC 27001 və ISO 31000 standartları və çərçivələri üzrə biliklər;
  • Elektron xidmətlər üzrə istifadəçi təcrübəsinin qiymətləndirilməsi və funksional tələblərə uyğunluğun yoxlanılması bacarığı;
  • Dövlət qurumları və digər aidiyyəti subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti və Elektron sənəd dövriyyəsi sistemindən istifadə təcrübəsi;
  • MS Excel, PowerPoint və digər ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Analitik təhlil, qiymətləndirmə hesabatlarının hazırlanması və əsaslandırılmış tövsiyələrin formalaşdırılması bacarığı;
  • Proaktivlik və müstəqil işləmə qabiliyyəti.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily102
  • Weekly317
  • Monthly1173