Təsvir
- Dövlət qurumlarının istifadə etməli olduqları avadanlıq və proqram təminatına dair texniki uyğunluğunun müəyyənləşdirilməsi;
- Rəqəmsal inkişaf layihələrinə, elektron xidmətlərin, informasiya sistemlərinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğunun qiymətləndirməsi və təhlil edilməsi;
- Reyestrlərə (İESR, EXR və s.) qeydiyyat prosesinin həyata keçirilməsi;
- İdarəetmə sənədlərinin hazırlanması;
- Elektron xidmətlərin funksional tələblərə uyğunluğunun yoxlanılması;
- Rəqəmsal xidmətlərin istifadəçi təcrübəsinin qiymətləndirilməsi.
- Normativ sənədlərin hazırlanmasında iştirak edilməsi;
- Metodoloji sənədlərin qiymətləndirilməsi;
- Hesabatlılığın təmin edilməsi;
- Müvafiq araşdırmaların aparılması;
- Görüşlərdə və müzakirələrdə iştirak.
Tələblər
- Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Data Science və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;
- Dövlət qurumları və ya böyük miqyaslı təşkilatlarla iş təcrübəsi;
- Məlumatların həyat dövrü idarəetməsi (data lifecycle management) və məlumat təhlükəsizliyi standartları ilə tanışlıq;
- Elektron xidmətlərin və informasiya sistemlərinin texniki qiymətləndirilməsi və təhlili bacarığı;
- İstifadəçi təcrübəsinin qiymətləndirilməsi və funksional tələblərə uyğunluğun yoxlanılması bacarığı;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Dövlət qurumları və digər aidiyyəti subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti;
- Elektron sənəd dövriyyəsi vasitəsilə rəsmi yazışmaların aparılması təcrübəsi;
- Daxili kommunikasiya və əməkdaşlıq bacarıqları;
- Proaktivlik və müstəqil işləmə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.