Təsvir
- İşlərin təsdiq olunmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa, NK qərarları və digər fərmanlara uyğun icra etmək;
- Bazarın araşdırılması, tədarükçülərlə əlaqələrin qurulması, qiymətlərin müqayisəsinin aparılması;
- Satınalma prosedurlarını həyata keçirmək (daxili prosedurlar);
- Satınalma müqavilələrini hazırlamaq;
- Satınalma müqavilələrinin qanunvericiliyə və müqavilə şərtlərinə uyğun icrasına müqavilə meneceri ilə birgə nəzarət etmək;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək;
- Təchizat sifarişlərini idarə etmək;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması və təhlili;
- Satınalmalara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması;
- Fəaliyyət istiqamətinə aid hesabat və digər sənədlərdən müvafiq qaydada istifadə etmək;
- İşgüzar yazışma əsaslarını bilmək;
- İllik Satınalma planı və büdcənin planlaşdırılmasında fəal iştirak etmək;
- Şöbənin digər əməkdaşlarının satınalma sənədlərinin hazırlanmasında bilavasitə köməklik etmək;
- Digər əməkdaşların iş prosesinə nəzarət etmək və birbaşa rəhbərlə bölüşmək.
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, ingilis və rus dili biliyi arzuolunandır;
- MS Office proqramlarını bilmək, e-tender portalında işləmək bacarığı;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu ətraflı bilmək və tətbiq etmək;
- Dövlət satınalmalarının idarə edilməsi üzrə sertifikat (CİPS, PMP və s.) arzuolunandır;
- Analitik düşüncə qabilyyətinə malik olmalı;
- Daxili və kənar Audit yoxlamaları haqqında məlumatlı olmaq və bu barədə əməkdaşları məlumatlandırmaq;
- Planlama təşkiletmə, problem analiz etmə, komanda ilə işləmə bacarığı, məsuliyyətlilik, nəticə yönümlülük və aktiv öyrənmə və öyrətmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.