Təsvir
- Beynəlxalq risk idarəetmə standartlarının (COSO, ISO 31000, Digital Operational Resilience Act (DORA) və s.) tətbiqində iştirak və uyğunluğun təmin edilməsi;
- Rol matrislərinin hazırlanması, dəyişikliklərin qiymətləndirilməsi və risk əsaslı rəylərin təqdim edilməsi;
- Yeni xidmət, məhsul və proseslərin hazırlanmasında risklərin erkən mərhələdə nəzərə alınması və risk baxımından qiymətləndirilməsi;
- Risklərin idarə olunması üçün məlumat bazalarının qurulması, optimallaşdırılması və daimi təkmilləşdirilməsi;
- Daxili normativ sənədlərə və onların dəyişikliklərinə dair risk yönümlü rəylərin verilməsi;
- Risklərin vaxtında müəyyənləşdirilməsi, dəyərləndirilməsi və müvafiq struktur bölmələrlə effektiv kommunikasiya qurulması;
- Risk mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə və təlim tədbirlərinin təşkili və ya onlarda iştirak;
- RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin həyata keçirilməsində və koordinasiyasında iştirak;
- Risk Reyestrinin və insidentlərin idarə olunması mexanizmlərinin tətbiqi və təkmilləşdirilməsində iştirak;
Tələblər
- İqtisadiyyat, hüquq, maliyyə və ya digər müvafiq sahə üzrə ali təhsil;
- Risklərin idarə edilməsi sahəsində (məsələn, ISO 31000, COSO, CERM, FRM və ya digər) beynəlxalq sertifikatların mövcudluğu üstünlük sayılır;
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə nəzəri biliklər və praktiki bacarıqlar;
- Müvafiq sahədə minimum 2-3 il peşəkar iş təcrübəsi;
- Microsoft Office proqramlarında (xüsusilə Excel, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı;
- Konfidensial və həssas məlumatlarla işləmə bacarığı ;
- Daxili normativ sənədlərlə işləmə, proseslərin xəritələndirilməsi və sənədləşdirilməsi bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dilləri üzrə biliklər üstünlük sayılır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.