I Inomarka avtosalonu

Satış meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış meneceri

  • Deadline 22 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Inomarka avtosalonu olaraq komandamıza müştəriyönümlü, aktiv və nəticəyönümlü Satış Meneceri axtarırıq. 

Əsas vəzifə öhdəlikləri:

  • Avtosalona daxil olan müştərilərin qarşılanması, sualların cavablandırılması və satış prosesinin həyata keçirilməsi
  • Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək
  • Onlayn və oflayn daxil olan müştəri sorğularının vaxtında cavablandırılması
  • Müştəri münasibətlərinin idarə olunması və satış sonrası məlumatların verilməsi
  • Müştəri istəyinə əsasən müxtəlif bazarlardan (xüsusilə ABŞ, Koreya, Çin) avtomobil sifarişi və auksionlarda iştirak
  • Müştəri ödənişlərinin izlənməsi və nəzarətdə saxlanılması
  • Rəqib və bazar analizlərinin aparılması, satışa dair təkliflərin hazırlanması
  • Satışı artırmaq məqsədi ilə marketinq komandası ilə koordinasiyalı işləmək
  • İtirilmiş müştərilərin geri qazanılması və uzunmüddətli əməkdaşlığın təmin olunması
  • Satış göstəricilərinin analizi və dövri hesabatların hazırlanmasında iştirak

Namizəddən gözləntilər:

  • Avtomobil satışı sahəsində minimum 1 il iş təcrübəsi
  • Müştəri ehtiyaclarını analiz etmə, qərarvermə və problem həll etmə bacarığı
  • Analitik düşüncə və nəticəyə yönəlik iş prinsipi
  • İctimai danışıq və təqdimat bacarığı
  • Diqqətli, məsuliyyətli və komandada işləməyə meyilli olmaq
  • Amerika, Cənubi Koreya, Çin avtomobil idxalı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək

İş şəraiti:

  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • İş qrafiki: Həftədə 5 gün (10:00–19:00), 6-cı və bazar günləri dəyişkən qrafiklə
  • İş yeri: Ofis Ağ Şəhərdə yerləşir

Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Satış Meneceri) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqdır.

  • Daily116
  • Weekly448
  • Monthly1866