İnomarka.az İnomarka.az
  • 836

Telesatış Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Telesatış Mütəxəssisi

  • Deadline 12 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

CarBuy – avtosalonlar, dilerlər və avtomobil sahəsində fəaliyyət göstərən şirkətlər üçün yaradılmış yenilikçi B2B platformadır. Məqsədimiz avtomobil biznesində alıcı və satıcıları daha rahat, sürətli və şəffaf mühitdə birləşdirməkdir.

Hazırda komanda gücləndirilməsi üçün Telesatış Mütəxəssisi axtarırıq. 

Vəzifə Öhdəlikləri:

  • Potensial müştərilərlə (avtosalonlar, dilerlər, vasitəçilər) telefon və onlayn vasitələrlə ilkin əlaqə qurmaq;
  • CarBuy platformasının üstünlüklərini təqdim etmək və satışa yönləndirmək;
  • Müştəri ehtiyaclarını müəyyənləşdirərək fərdi həllər təklif etmək;
  • Satış prosesini müqaviləyə qədər izləmək və nəticələndirmək;
  • Etirazlarla işləmək və onları uğurlu satışa çevirmək;
  • CRM sistemində zəng və görüşlərin nəticələrini qeyd etmək;
  • Satış göstəriciləri barədə mütəmadi hesabatlar təqdim etmək;
  • Marketinq və satış komandasına müştəri rəylərini ötürmək, satış skriptlərinin təkmilləşdirilməsində iştirak etmək.

Namizəd Profili (Tələblər):

  • Ali təhsil (biznes, iqtisadiyyat, marketinq sahəsində üstünlükdür);
  • Telesatış, B2B satış, çağrı mərkəzi üzrə minimum 1-2 il təcrübə;
  • Azərbaycan və rus dillərində səlis danışıq (ingilis dili üstünlükdür);
  • Yüksək ünsiyyət, dinləmə və inandırma bacarığı;
  • Məqsədyönlü, nəticəyönümlü və stressə davamlı olmaq;
  • CRM sistemlərindən istifadə bacarığı üstünlükdür;
  • Komandada işləmək və eyni zamanda müstəqil nəticə göstərmək bacarığı.

Şəxsi Keyfiyyətlər:

  • Aktiv dinləmə və analitik düşünmə bacarığı;
  • Müştəriyə dəyər yaratmaq yanaşması;
  • Özünü inkişaf etdirməyə açıq olmaq;
  • Qələbə ruhlu, motivasiyalı və satışa həvəsli olmaq.

Biz təklif edirik:

  • Rəqəmsal avto-sahə üzrə yenilikçi platformada iş imkanı;
  • Sabit əmək haqqı + cəlbedici bonus sistemi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün şərait;
  • Komanda daxilində öyrənmə və təlimlər.

Zəhmət olmasa, CV-nizi, mövzu sətrində  vəzifənin adını (Telesatış mütəxəssisi) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly0
  • Monthly1341