Tələblər:
- Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir);
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- 3Ds max,Sketch Up, Autocad proqramlarında peşəkar işləyə bilməli, Archicad Lumian bilməyi üstünlükdür;
- Tikinti normaları, qaydaları, bilmək mütləqdir;
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Obyektə ilkin baxış və ölçü işlərinin aparılması;
- İlkin eskiz layihənin hazırlanması;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.
Vəzifələr:
- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasının təmin edilməsi;
- Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanması;
- Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaların təqdim edilməsi;
- Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasının hazırlanması;
- Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərinin nəzərə alınması, onların texniki şərtnaməsini və spesifikasiyalarının hazırlanması;
- Eskiz layihənin aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
- Baş memarın tələblərini və tapşırıqlarının məsuliyyətlə yerinə yetirilməsi.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar - Dizayner” üzrə yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.