İş şəraiti
- Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2360
- İş rejimi: 6 günlük
- İş saatları: Həftə içi : 09:30-17:30
- 6-cı gün: 10:00-16:00
- Nahar şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri
- Şirkətin veb-saytları üzərindən daxil olan sorğu və müraciətlərin gündəlik izlənilməsi və idarə olunması;
- Daxil olan sorğuların məzmununa uyğun olaraq aidiyyəti şöbə və əməkdaşlara düzgün və operativ şəkildə yönləndirilməsi;
- Standart və ümumi xarakterli sorğuların müəyyən edilmiş qaydalara uyğun cavablandırılması;
- Yönləndirilmiş sorğuların icra vəziyyətinin izlənilməsi və zərurət yarandıqda aidiyyəti şəxslərlə əlaqələndirilməsi;
- Sorğuların qeydiyyatının aparılması və müvafiq məlumatların sistemləşdirilməsi;
- Şirkətin ümumi e-mail ünvanına daxil olan məktub və müraciətlərin idarə olunması;
- Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
- Ofisə gələn qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsi;
- Şirkətdaxili məlumat və sənədlərin müvafiq şəxslərə çatdırılmasının təmin edilməsi;
- Gündəlik inzibati və təşkilati işlərin koordinasiyası;
- Görüşlərin və zəruri hallarda rəhbərliyin iş qrafikinin təşkilinə dəstək göstərilməsi;
- Ofis ləvazimatları və gündəlik ehtiyacların izlənilməsi;
- Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər
- Xanım namizədlər
- Yaş aralığı:20-30 yaş
- Ali və ya orta ixtisas təhsili;
- Minimum 6 ay iş təcrübəsi
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Rus və ya ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramları ilə işləmək bacarığı;
- E-mail və onlayn müraciət sistemləri ilə işləmək bacarığı;
- Yüksək ünsiyyət və koordinasiya qabiliyyəti;
- Məlumatı düzgün analiz edərək aidiyyəti şəxslərə yönləndirmək bacarığı;
- Operativlik, diqqətlilik və məsuliyyətlilik;
- Komandada işləmək və peşəkar işgüzar ünsiyyət qurmaq bacarığı.
Əsas bacarıqlar
- Müştəriyönümlülük
- Sorğuların idarə olunması
- İşgüzar yazışma
- Koordinasiya
- Təşkilatçılıq
- Operativlik
- Məsuliyyətlilik
- Diqqətlilik
- Komanda işi
Təklif olunur
- 600-800 AZN əmək haqqı;
- Peşəkar inkişaf imkanları;
- Nahar şirkət tərfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.