İş şəraiti
- Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2360
- İş rejimi: 6 günlük
- İş saatları: Həftə içi : 09:30-17:30
- 6-cı gün: 10:00-16:00
- Nahar şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri
- Şirkətin Instagram, Facebook, LinkedIn və digər sosial media hesablarının gündəlik idarə olunması;
- Sosial media üçün aylıq və həftəlik kontent planlarının hazırlanması;
- Post, story, reels və digər formatlar üçün mövzu və ideyaların hazırlanması;
- Paylaşımlar üçün mətnlərin (copywriting) hazırlanması və vaxtında yerləşdirilməsi;
- Dizayner və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə kontentin hazırlanmasının təşkili;
- Sosial media üzərindən daxil olan mesaj, rəy və sorğuların cavablandırılması və zəruri hallarda aidiyyəti şöbələrə yönləndirilməsi;
- İzləyicilərlə aktiv və peşəkar kommunikasiyanın qurulması;
- Sosial media trendlərinin, aktual mövzuların və rəqiblərin fəaliyyətinin izlənilməsi;
- Brendin üslubuna və kommunikasiya standartlarına uyğunluğun təmin edilməsi;
- Reklam kampaniyalarının hazırlanmasında və idarə olunmasında iştirak;
- Sosial media göstəricilərinin — baxış, əhatə, engagement, izləyici artımı, klik və müraciətlərin təhlil edilməsi;
- Görülən işlər və əldə olunan nəticələr üzrə aylıq hesabatların hazırlanması;
- Sosial media fəaliyyətinin inkişaf etdirilməsi üçün yeni ideya və təkliflərin təqdim edilməsi.
Namizədə tələblər
- Xanım namizədlər
- Yaş aralığı: 20-30 yaş
- Sosial media və ya rəqəmsal marketinq sahəsində iş təcrübəsi;(minimum 6 ay)
- Instagram, Facebook, LinkedIn platformalarının iş prinsiplərini yaxşı bilmək;
- Kontent planlaşdırılması və sosial media strategiyası üzrə anlayış;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Kreativ və düzgün mətn yazmaq bacarığı;
- Sosial media trendlərini və yeni kontent formatlarını izləmək;
- Meta Business Suite və reklam alətləri haqqında bilik;
- Canva və digər sadə dizayn/kontent alətləri ilə işləmək bacarığı üstünlükdür;
- Analitik düşüncə və sosial media nəticələrini təhlil etmək bacarığı;
- Kreativlik, operativlik, məsuliyyətlilik və detallara diqqət;
- Eyni anda bir neçə sosial media hesabını və tapşırığı idarə etmək bacarığı.
Əsas bacarıqlar
- Social Media Management
- Content Planning
- Copywriting
- Community Management
- Meta Business Suite
- Digital Marketing
- Content Creation
- Analytics
- Trend Research
- Kreativ düşüncə
Təklif olunur
- 800 AZN əmək haqqı;
- Peşəkar inkişaf imkanları;
- Nahar şirkət tərfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.