BOKT “İNTERNATIONAL” ASC Filial müdiri vəzifəsinə işçi qəbulu elan edir
Bölgələr: Şimal, Cənub, Aran, Qarabağ və Qərb
Vəzifə öhdəlikləri:
- Filialın gündəlik fəaliyyətinin səmərəli təşkil edilməsi və idarə olunması;
- Satış planlarının hazırlanması, icrası və nəticələrin təhlil edilməsi;
- Kredit müraciətlərinin qiymətləndirilməsi və kredit portfelinin keyfiyyətinə nəzarət;
- Problemli kreditlərin idarə olunması və gecikmələrin minimuma endirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi;
- Filial əməkdaşlarının işinin koordinasiyası, motivasiyası və peşəkar inkişafının təmin edilməsi;
- Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət;
- Filialın maliyyə və əməliyyat göstəriciləri üzrə müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi;
- Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər;
- Komandanı idarəetmə və liderlik bacarıqları;
- Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Şirkət təklif edir:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Bonus və motivasiya sistemi;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-poçtun mövzu hissəsində müraciət etdikləri bölgə adı qeyd edilməlidir. Məsələn: "Filial müdiri – Şimal".