Filial müdiri

  • Истекает 24 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

BOKT “INTERNATIONAL” ASC yeni açılacaq Bakı filialları üzrə Filial müdiri  vəzifəsinə işçi qəbulu elan edir

Vəzifə öhdəlikləri:

  • Filialın gündəlik fəaliyyətinin səmərəli təşkil edilməsi və idarə olunması;
  • Satış planlarının hazırlanması, icrası və nəticələrin təhlil edilməsi;
  • Kredit müraciətlərinin qiymətləndirilməsi və kredit portfelinin keyfiyyətinə nəzarət;
  • Problemli kreditlərin idarə olunması və gecikmələrin minimuma endirilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi;
  • Filial əməkdaşlarının işinin koordinasiyası, motivasiyası və peşəkar inkişafının təmin edilməsi;
  • Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət;
  • Filialın maliyyə və əməliyyat göstəriciləri üzrə müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi;
  • Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər;
  • Komandanı idarəetmə və liderlik bacarıqları;
  • Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı 
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Şirkət təklif edir:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Bonus və motivasiya sistemi;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00 

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində "Filial müdiri" qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly292
  • Monthly1765