International BOKT International BOKT
  • 367

International BOKT

Financial services , Consumer Finance

Fraud İnspektor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fraud İnspektor

  • Deadline 26 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Daxili nəzarət və risklərin idarə edilməsi şöbəsində  “Fraud İspektor” vakansiyası elan edir

Şirkətdə daxili və xarici dələduzluq (fraud) risklərinin vaxtında aşkarlanması, araşdırılması və qarşısının alınması; kredit, girov və filial əməliyyatları üzrə nəzarət mexanizmlərinin effektivliyinin təmin edilməsi və nəzarət boşluqlarının aradan qaldırılması.

Əsas vəzifə və öhdəliklər

Monitorinq və Analitika

  • Kredit portfeli üzrə riskli əməliyyatların və şübhəli aktivliyin mütəmadi təhlili
  • Risk indikatorları (gecikmələr, transferlər, girov uyğunsuzluğu və s.) əsasında monitorinq aparılması
  • Filial və əməkdaş səviyyəsində risk tendensiyalarının müəyyən edilməsi
  • Məlumatların analizi və nəticələrin rəhbərliyə təqdim olunması

Fraud Araşdırmaları

  • Daxili (əməkdaş yönümlü) və xarici (müştəri yönümlü) dələduzluq halları üzrə araşdırmaların aparılması
  • Kredit dosyelərinin prosedur uyğunluğu baxımından təhlili
  • Şübhəli sənədləşmə və saxtalaşdırma risklərinin qiymətləndirilməsi
  • Əməkdaş və müştərilərdən yazılı izahatların alınması
  • Sübut bazasının formalaşdırılması və rəsmi araşdırma hesabatının hazırlanması

Filial Yoxlamaları və Fiziki Nəzarət

  • Planlı və qəfil yoxlamaların aparılması
  • Girovların (xüsusilə qızıl girovlarının) fiziki inventarizasiyası
  • Girovun saxlanması, transferi və realizasiya proseslərinin uyğunluq yoxlanışı
  • Prosedur və daxili qaydalara riayət olunmasının qiymətləndirilməsi

Nəzarət Mexanizmlərinin Təkmilləşdirilməsi

  • Nəzarət boşluqlarının müəyyən edilməsi
  • Preventiv və korrektiv tədbirlər üzrə təkliflərin hazırlanması
  • Fraud risk xəritəsinin hazırlanması və yenilənməsi
  • Daxili prosedurların təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi

Namizədə dair tələblər:

  • Maliyyə, İqtisadiyyat, Audit və ya Hüquq sahəsində ali təhsil
  • Bank və ya BOKT sektorunda minimum 2 il iş təcrübəsi
  • Kredit və girov əməliyyatları üzrə praktik bilik
  • Daxili audit, risk və ya fraud araşdırmaları təcrübəsi üstünlükdür
  • Ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı
  • Analitik düşüncə və fakt əsaslı qərarvermə bacarığı
  • Azərbaycan dili sərbəst, İngilis dili orta səviyyədə
  • Bakı və ölkədaxili filial ezamiyyətlərinə hazır olmaq

Şəxsi keyfiyyətlər

  • Prinsipial və obyektiv mövqe
  • Konfidensiallıq qaydalarına ciddi riayət
  • Təzyiq altında işləmə bacarığı
  • Detallara yüksək diqqət
  • Müstəqil qərarvermə qabiliyyəti

Təklif olunur

  • əmək haqqı – razılaşma yolu ilə
  • peşəkar inkişaf imkanı
  • müstəqil və məsuliyyətli iş mühiti

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza. 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində "Fraud İnspektor" qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily1
  • Weekly608
  • Monthly1