Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Hüquq şöbəsinin Baş hüquqşünası/Şöbə müdiri vakansiyası elan edir
Vəzifə öhdəlikləri
- Təşkilatın Korporativ hüquq məsələlərinin tənzimlənməsi;
- Təşkilatın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
- Təşkilatın fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Təşkilatın aidiyyəti əməkdaşlarının məlumatlandırılması;
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında BOKT-u təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması
- Təşkilatın fəaliyyətində qanunvericiliyə riayət olunması, onun hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək;
- Təşkilatın fəaliyyətində meydana çıxan bütün hüquqi məsələlər üzrə rəylərin hazırlanmasını təmin etmək;
- Təşkilatın idarəetmə orqanlarının qərarlarının (əmrlərinin) və digər normativ sənədlərin layihələrin qanunvericiliyin tələblərinə uyğun olması üzrə iş
- Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan müqavilələri hazırlayır, onların reyestrini aparır və zəruri olanların mütəmadi yenilənməsini təmin edir;
- Təşkilatın tərəf olduğu bütün müqavilələri hüquqi ekspertiza edir və viza prosedurunu həyata keçirir;
- Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsaslarını yoxlayır və onların düzgün tərtibini təmin edir;
- Təşkilatın hüquqi risklərini qiymətləndirir və risklərin minimallaşdırılması üzrə tədbirlər görür;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll etmək;
- Elektron məhkəmə sistemi üzrə təşkilatın elektron kabinetini mütəmadi diqqətdə saxlamaq;
- Rəhbərinin qanuni göstərişlərini icra etmək, fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabat vermək.
Namizədə dair tələblər:
- Ali hüquqi təhsilinin olması:
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarının bilməsi;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, təşkilatda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- MS Office proqramlarından istifadə etmə bacarığı;
- Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 3 (üç) il iş təcrübənin olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində " Baş hüquqşünas/şöbə müdiri " qeyd etməklə göndərmələri xahiş olunur.