Kredit mütəxəssisi

  • Истекает 24 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

BOKT “INTERNATIONAL” ASC yeni açılacaq Bakı filialları üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir

Vəzifə öhdəlikləri:

  • Müştərilərin kredit müraciətlərini qəbul etmək və ilkin qiymətləndirmə aparmaq;
  • Kredit məhsulları barədə müştərilərə ətraflı məlumat vermək;
  • Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini təhlil etmək;
  • Kredit sənədlərinin düzgün və tam şəkildə hazırlanmasını təmin etmək;
  • Kredit portfelinə nəzarət etmək;
  • Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
  • Şirkətin daxili prosedur və kredit siyasətlərinə riayət etmək.

Namizədə tələblər:

  • Ali təhsil və ya orta ixtisas təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında minimum 1 il iş təcrübəsi;
  • Maliyyə və kredit məhsulları haqqında ümumi biliklər;
  • Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
  • Yüksək ünsiyyət və müştərilərlə işləmək bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.

Şirkət təklif edir:

  • Bonus və motivasiya sistemi;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00 

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində "Kredit mütəxəssisi" qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily17
  • Weekly300
  • Monthly1773