İnternational BOKT İnternational BOKT
  • 311

Qrup rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qrup rəhbəri

  • Deadline 24 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

BOKT “INTERNATIONAL” ASC yeni açılacaq Bakı filialları üzrə satış sahəsində Qrup rəhbəri vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəlikləri:

  • Kredit mütəxəssislərindən ibarət qrupun fəaliyyətini təşkil və koordinasiya etmək;
  • Qrup üzrə satış planlarının icrasını təmin etmək və nəticələrə nəzarət etmək;
  • Kredit müraciətlərinin ilkin təhlilini aparmaq və kredit prosesinə nəzarət etmək;
  • Kredit portfelinin keyfiyyətini izləmək və problemli kreditlərin idarə olunmasını təşkil etmək;
  • Yeni müştərilərin cəlb olunmasını və mövcud müştəri bazasının inkişafını təmin etmək;
  • Qrup üzvlərinin iş fəaliyyətini qiymətləndirmək, onların peşəkar inkişafını və motivasiyasını dəstəkləmək;
  • Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
  • Fəaliyyət üzrə hesabatları hazırlamaq və filial rəhbərliyinə təqdim etmək.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat, idarəetmə və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında minimum 2 il iş təcrübəsi;
  • Kredit məhsulları və kredit risklərinin idarə olunması sahəsində biliklər;
  • Satış və komanda idarəetməsi bacarıqları;
  • Analitik düşünmə, liderlik, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı 
  • MS Office proqramlarında işləmək bacarığı.

Təşkilat təklif edir:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Bonus və motivasiya sistemi;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00 

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində "Qrup rəhbəri" qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily40
  • Weekly237
  • Monthly1713