İş şəraiti:
- İş yeri: Babək Plaza, Bakı
- Əmək haqqı: Müsahibə əsasında
- İş rejimi: Tam ştat
- Təcrübə: Minimum 1 il
- Dil tələbi: Azərbaycan və İngilis dili (yazışma səviyyəsində)
Vəzifə öhdəlikləri:
- Müştəri sorğularına əsasən məhsul və xidmətlərin axtarışı
- Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi
- Sifarişlərin yerləşdirilməsi, çatdırılmasına nəzarət və sənədləşmə
- Satınalma prosesi üzrə hesab-fakturaların hazırlanması və işlənməsi
- Təchizatçılarla yazılı və şifahi əlaqələrin aparılması
Namizədə tələblər:
- Ali təhsil (arzuolunandır)
- Təchizat və satınalma sahəsində minimum 1 il iş təcrübəsi
- İngilis dili biliyi (yazışma və texniki sənədlərlə işləmə bacarığı)
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Diqqətlilik, məsuliyyət və komandada işləmək bacarığı
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi və stabil iş yeri
- Peşəkar inkişaf və təlim imkanları
- Dostluq mühiti və dəstək göstərən rəhbərlik
- Rəqabətqabiliyyətli əmək haqqı
- Tibbi sığorta
- Nahar təminatı
Müraciət qaydası:
CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Təchizatçı” qeyd etməyi unutmayın.