Intransco Transport & Logistics Group Intransco Transport & Logistics Group
  • 485

Intransco Transport & Logistics Group

Logistika

Logistika üzrə Əməliyyat Meneceri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Logistika üzrə Əməliyyat Meneceri

  • Истекает 4 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə dair tələblər:

  • Dəniz, quru və hava daşımaları sahəsində minimum 3 il iş təcrübəsi (əsasən dəniz daşımaları);
  • Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək;
  • Bakalavr dərəcəsi;
  • Minimum üst-orta (upper-intermediate) səviyyədə ingilis dili (rus dili biliyi böyük üstünlükdür);
  • Nəticəyönümlü, məsuliyyətli və diqqətli olmaq.

İş şəraiti və saatları:

  • Tam ştatlı iş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək;
  • Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq);
  • Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey sizin performansınızdan asılıdır).

Logistika üzrə Əməliyyat Menecerinin vəzifə öhdəlikləri:

  • Aktiv daşımaları idarə etmək, müştərilərə həftəlik status cədvəllərini hazırlayıb göndərmək;
  • Müqavilələr üzrə danışıqlar aparmaq, daşıma və emal xərclərini hesablamaq, qiymət təklifləri (kotirovka) hazırlamaq;
  • Bütün idxal/ixrac daşımaları üçün sistemdə müvafiq sənəd nömrələrini (dispatch references) və iş fayllarını açmaq;
  • Bütün müvafiq sənədlərin qovluqlarda saxlanılmasını və istənilən vaxt yoxlanış üçün hazır olmasını təmin etmək;
  • Təşkilati tələblərə uyğun olaraq logistik prosedurlar əsasında çalışmaq;
  • Nəqliyyat və paylama xərclərinə nəzarət etmək, subpodratçılarla daşıma tarifləri və xidmətlər barədə danışıqlar aparmaq;
  • Daşıma növlərinə uyğun olaraq "pre-alert" sənədlərini qəbul və təsdiq etmək;
  • Yük profillərinin bağlanmasına nəzarət etmək;
  • Gömrük brokerləri ilə koordinasiyalı şəkildə çalışmaq;
  • Yerli hesab-fakturaların (invoys) hazırlanması üçün dəstəkləyici sənədləri hazırlamaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily69
  • Weekly226
  • Monthly359