İqlim Elmi İstehsalat Müəssisəsi MMC İqlim Elmi İstehsalat Müəssisəsi MMC
  • 493

Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsinin müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsinin müdiri

  • Истекает 13 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Müəssisə - İqlim “Elmi İstehsalat Müəssisəsi” MMC

Struktur – Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsi

Vəzifə öhdəlikləri

  • Şöbənin illik və rüblük iş planını hazırlamaq, departament direktoru ilə razılaşdırmaq və icrasına nəzarət etmək.
  • Şirkətin proses arxitekturasını (proseslər xəritəsi, səviyyələr, proses sahibləri) formalaşdırmaq və aktual saxlamaq.
  • Proses modelləşdirməsi, sənədləşmə və optimallaşdırma üzrə vahid metodologiya və standartları (BPMN 2.0, Lean, Six Sigma, Kaizen) təsdiqə təqdim etmək.
  • Optimallaşdırma layihələrinin portfelini idarə etmək: təşəbbüsləri səmərə və resurs baxımından qiymətləndirmək, prioritetləşdirmək.
  • İstehsalat, satınalma, anbar, logistika, maliyyə və digər struktur bölmələrin rəhbərləri ilə proses dəyişikliklərini razılaşdırmaq.
  • Proses göstəriciləri (KPI) sistemini qurmaq, monitorinq hesabatlarını rəhbərliyə təqdim etmək.
  • Avtomatlaşdırma və rəqəmsallaşdırma (ERP, MES, RPA, BPM sistemləri) üzrə təşəbbüslərin icrasında iştirak.
  • Şöbə əməkdaşları arasında vəzifələri bölüşdürmək, iş fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq.
  • Şirkətdə proses yönümlü idarəetmə mədəniyyətini təşviq etmək, təlimlər təşkil etmək.
  • Dəyişikliklərin idarə olunması (change management) prosesinə rəhbərlik etmək.

Tələblər

  • Təhsil: ali (menecment, iqtisadiyyat, mühəndislik, sənaye idarəetməsi və ya İT); MBA üstünlükdür.
  • Təcrübə: biznes proseslərin idarə olunması sahəsində ən 7 il; rəhbər vəzifədə azı 2 il təcrübə. İstehsalat sahəsində təcrübə üstünlükdür.
  • Biliklər: BPMN 2.0, Lean Manufacturing, Six Sigma, ISO 9001, layihə idarəetməsi (PMP, Agile), ERP sistemləri .
  • Bacarıqlar: strateji düşüncə, liderlik, danışıqlar, təqdimat, maliyyə səmərəsinin hesablanması.
  • Dillər: Azərbaycan dili mükəmməl; ingilis və rus dili yaxşı səviyyədə.

İş şəraiti

  • İş saatları 09:00 – 18:00
  • İş Yeri – Buzovna qəsəbəsi (20 yanvar və Koroğlu metrostansiyalarından xidməti avtobus fəaliyyət göstərir)
  • Gəliş-gedişlə ilə əlaqədar şəxsi avtomobildən istifadə edənlər üçün yanacaq limiti nəzərdə tutulub.

Maraqlananlar cv-lərini Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsinin müdiri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily95
  • Weekly310
  • Monthly1166