Müştərimizin adından Böyük Mühəndis (Pivot və Damlama Suvarma Sistemləri üzrə) üzrə namizəd axtarırıq
Əsas vəzifələr:
- Pivot və damlama suvarma sistemlərinin layihələndirilməsi
- Hidravlik hesablamaların aparılması (su sərfi, təzyiq, nasos seçimi və s.)
- Sahəyə texniki baxış və analiz
- Layihə-smeta sənədlərinin hazırlanması
- Quraşdırma və montaj prosesinə texniki nəzarət
- Texniki heyətin koordinasiyası və idarə olunması
- Müştərilərlə texniki görüşlərin keçirilməsi
- Layihələrin istismara verilməsi və yekun texniki hesabatların hazırlanması
Tələblər:
- Aqrar mühəndislik, meliorasiya, mexanika və ya uyğun sahə üzrə ali təhsil
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi
- Hidravlika və nasos sistemləri üzrə bilik
- AutoCAD və layihələndirmə proqramlarında işləmək bacarığı
- Komanda idarəetmə bacarığı
- Ezamiyyətə hazır olmaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.