İş yeri: Bakı şəhəri, Iris Hotel Baku
Əsas öhdəliklər:
- Qonaqları nəzakətlə qarşılamaq, onların baqajlarını təhlükəsiz şəkildə qəbul etmək və otaqlarına çatdırmaq;
- Qonaqları otaqlara müşayiət etmək, otelin əsas xidmətləri və imkanları barədə qısa məlumat vermək;
- Qonaqların baqajlarının saxlanılması və daşınmasını müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək;
- Qonaqların sorğularını operativ şəkildə cavablandırmaq və ehtiyac olduqda müvafiq şöbələrə yönləndirmək;
- Otelin giriş hissəsində nizam-intizamı qorumaq, qonaqların rahatlığını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Vəzifə üzrə əsas tələblər:
- Yüksək ünsiyyət bacarıqları və nəzakətli davranış;
- Səliqəli xarici görünüş və təqdimat bacarığı;
- Fiziki cəhətdən aktiv olmaq və baqajların daşınmasını yerinə yetirmək bacarığı;
- Komandada işləmək və stresli vəziyyətlərdə operativ qərar vermək bacarığı;
- İngilis dilini ünsiyyət səviyyəsində bilmək mütləqdir, rus dilini bilmək isə üstünlükdür.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Iris Hotel Baku
- İş qrafiki: 8 saat
- Əmək haqqı: 550 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində "Bellboy" qeyd etməklə göndərə bilərlər.