Supervisor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Supervisor

  • Deadline 3 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas öhdəliklər:

  • Restoranın gündəlik əməliyyatlarına nəzarət etmək, ofisiant heyətinə rəhbərlik etmək və iş bölgüsünü tənzimləmək.
  • Xidmət heyətinin xidmət standartlarına, nizam-intizama və qonaqlarla ünsiyyət qaydalarına riayət etməsini təmin etmək.
  • Menyunu, yemək və içkilərin tərkibini, hazırlanma üsullarını dərindən bilmək, heyətə bu istiqamətdə təlimlər keçmək.
  • Sifarişlərin qəbul edilməsinə, mətbəx və bara düzgün ötürülməsinə nəzarət etmək.
  • Qonaqlardan gələn rəy və şikayətləri dinləmək, operativ şəkildə həll etmək və rəhbərliyə məlumat vermək.
  • Zalın səliqə-sahmanına, masaların düzülüşünə və ümumi gigiyena qaydalarına nəzarət etmək.
  • Hesabların düzgün tərtib olunmasını, ödənişlərin idarə edilməsini və kassa əməliyyatlarını yoxlamaq.

Vəzifə üzrə əsas tələblər:

  • Bəy namizədlər;
  • Otelçilik və ya restoran sektorunda baş ofisiant kimi iş təcrübəsi;
  • Səlis səviyyədə Azərbaycan və ingilis dillərini bilmək (rus dilini bilmək üstünlükdür);
  • Müştəri məmnuniyyətinə fokuslanma və stresə davamlılıq;
  • Aktiv dinləmə, operativ qərarqəbuletmə və detallara diqqət.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Iris Lounge Baku
  • İş qrafiki: Növbəli iş rejimi, həftədə 1 gün istirahət;
  • Əmək haqqı: 700 AZN + əlavə bonuslar; 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Supervisor başlığı ilə göndərə bilərlər.

  • Daily18
  • Weekly593
  • Monthly479