İş barədə məlumat:
- Qonaq otaqlarının gündəlik təmizliyi və standartlara uyğun hazırlanmasını təmin etmək;
- Yataq dəstlərinin dəyişdirilməsi, otaqda tozun alınması və döşəmələrin təmizlənməsi;
- Hamam və sanitar qovşaqların gigiyenik qaydalara uyğun şəkildə təmizlənməsi və dezinfeksiyası;
- Otaqların housekeeping standartlarına uyğun olaraq yoxlanılması və növbəti qonaq üçün hazır vəziyyətə gətirilməsi;
- Mini-bar, otaq ləvazimatları və gigiyenik vasitələrin tamamlanmasına nəzarət;
- Aşkar olunan texniki nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək;
- Qonaqların şəxsi əşyalarına qarşı diqqətli və etik davranmaq.
Namizədlər üçün tələblər:
- Xanım namizədlər;
- Hotel sektorunda housekeeping sahəsində təcrübə arzuolunandır;
- Səliqəli, məsuliyyətli və intizamlı olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Fiziki cəhətdən işə davamlılıq;
- Yüksək gigiyena və xidmət standartlarına riayət etmək.
Şərtlər:
- Əmək haqqı: 550 AZN (net);
- İş qrafiki: 08:00 – 16:00;
- Yemək və uniforma ilə təminat;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Xadimə (Housekeeping)” başlığı ilə göndərə bilərlər.