İşin məzmunu və gözlədiklərimiz
Ofis inzibatçısı bizim üçün şirkətin əsas sütunlarından biridir. Bu vəzifədə olan əməkdaşımızın əsas vəzifəsi ofisdə baş verən bütün prosesslərdən məlumatlı olmaq, sorğuların, təkliflərin, hazırlanmalı və çatdırılmalı sifarişlərin vaxtında hazır olmasını diqqətdə saxlamaq, gecikmə ehtimalı yaranarsa aidiyatı şəxsləri məlumatlandırmaqdır. Buna görə biz aktiv, çevik, məsuliyyətli, ruhdan düşməyən və liderlik bacarıqları olan əməkdaş axtarırıq.
Namizədə tələblər
- Sərbəst danışıq və korporativ danışıq səviyyəsində Azərbaycan dili məcburidir. İngilis dili və Rus dili üstünlükdür.
- Güclü kompüter istifadəçisi, ofis proqramları və sərbəst internet istifadəçisi bilikləri, sürətli çap
- İşgüzar geyim və davranış tərzi, səlis nitq
- Dəqiqlik, məsuliyyətlilik, operativlik, intizamlılıq, təşəbbüskarlıq
- Təqdimat, danışıqlar aparmaq, maraqlandırmaq və inandırmaq bacarıqları
- Öyrənməyə və inkişafa meyillilik
- Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
Vakansiya üzrə vəzifələr
- İllik hədəflərə uyğun aylıq və həftəlik planlamaların aparılması, işlərin bölüşdürülməsi, icrasına nəzarət
- Həftəlik və aylıq iclasların təşkili, planlar və görülmüş işlər üzrə hesabatın hazırlanıb rəhbərə təqdim edilməsi
- Ümumi kanallara gələn sorğuların ERP sistemə daxil olunması və satış əməkdaşlarına yönləndirilməsi
- Sorğu və sifarişlər daxil olmaqla bütün görülməli işlərin tapşırıqlar halında erp sisteminə yığılıb əməkdaşlar arasında bölüşdürülməsi və icrasına nəzarət
- Gələn zənglərin, məktubların və maillərin cavablandırılması, qeydiyyatı, yönləndirilməsi, kargüzarlıq
- Göndərilmiş sənədlərin təsdiqlənmiş nüsxələrinin alınması və arxivləşdirilməsi
- Tender elanlarının izlənməsi və uyğun olan tenderlərin ERP sistemə əlavə olunması
- Tender sənədlərinin hazırlanması (mühasib köməkçisini əvəz edərkən)
- Tapşırıqların gedişatı, yaranmış problemlər barədə rəhbəri məlumatlandırmaq
- Sorğuların vaxtında qiymətləndirilməsinə və cavablandırılmasına nəzarət
- Sifarişlərin qəbulu, hazırlanması və təhvili prosessinə nəzarət
- Mal və pul giriş çıxışı əməliyyatlarının gündəlik yoxlanışı
İş şəraiti
- İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00-dan 18:00-dək
- Əmək haqqı: Stabil əmək haqqı + bonus
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat
- Bir aylıq ödənişli sınaq müddəti
- Məhsul və xidmətlər haqqında məcburi təlimlər
Uyğun namizədlərdən CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur. CV göndərərkən mütləq olaraq məktubun mövzu yerində vakansiyanın adı və sizi qane edən əmək haqqını qeyd etmək lazımdır.