Istanbul Teknik Istanbul Teknik
  • 499

İnsan Resursları (HR) üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları (HR) üzrə mütəxəssis

  • Deadline 19 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
  • ƏMAS sistemində dəyişikliklərin edilməsi;
  • Əmək haqqı, məzuniyyət, son haqq-hesab, ezamiyyə, təzminat, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi);
  • Aylıq iş vaxtının uçot tabelinin hazırlanması;
  • Əməkhaqqı kartlarının sifarişinin verilməsi;
  • Əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
  • İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
  • DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavablandırılması;
  • Vəzifə təlimatlarının yazılması;
  • Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatı;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi.

Namizədə tələblər:

  • Əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı;
  • Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • MS Office proqramlarını sərbəst istifadə bacarığı;
  • İnsan resursları sahəsində azı 2 il iş təcrübəsi;
  • Yaş həddi: 25–30;
  • Məsuliyyətli, öyrənməyə həvəsli və güclü təşkilatçılıq bacarığı.

İş şərtləri:

  • 09:00–18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günləri: şənbə və bazar günü;
  • Əmək haqqı: 900–1000 AZN;
  • İş yeri ünvanı: Bakı şəhəri, Xətai rayonu, AGA Center (Xətai metrosuna 5 dəqiqəlik məsafə).

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily132
  • Weekly132
  • Monthly1556