Project Assistant

  • Deadline 8 Noyabr 2026

Vəzifə öhdəlikləri

  • Layihə rəhbərinə layihələrin planlaşdırılması və icrası prosesində dəstək göstərilməsi;
  • Layihələr üzrə gündəlik işlərin koordinasiyası və icra vəziyyətinin izlənilməsi;
  • Texniki heyət, podratçılar və təchizatçılarla operativ əlaqənin təmin edilməsi;
  • Layihə obyektlərinə səfərlərin həyata keçirilməsi və görülən işlərin yerində izlənilməsi;
  • Avadanlıq və materialların sifariş, təchizat və çatdırılma proseslərinə nəzarət edilməsi;
  • Layihə sənədlərinin, iş qrafiklərinin və hesabatların hazırlanması;
  • Tapşırıqların müəyyən edilmiş müddətdə icrasının izlənilməsi;
  • Yaranan texniki və təşkilati məsələlərin həllində layihə rəhbərinə dəstək göstərilməsi.

Namizədə tələblər

  • Ali təhsil (texniki və mühəndislik ixtisaslarına üstünlük verilir);
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlükdür;
  • IT infrastrukturu və zəif axın sistemləri haqqında ilkin texniki biliklər;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Texniki sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;
  • Güclü təşkilatçılıq və koordinasiya bacarıqları;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və problemləri çevik həll etmək bacarığı;
  • B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi üstünlükdür;
  • Layihə obyektlərinə mütəmadi səfər etməyə hazır olmaq.

Əməkhaqqı 700 - 900 Azn

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily103
  • Weekly588
  • Monthly838