ITS Tour ITS Tour
  • 297
ITS Tour

ITS Tour

Tourism

İcraçı Direktor (Executive Director)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İcraçı Direktor (Executive Director)

  • Deadline 20 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ITS Tour komandası üçün turizm sektorunu dərindən bilən, strateji düşüncəyə malik və komandanı effektiv idarə edə bilən İcraçı Direktor axtarırıq. Bu vəzifə şirkətin gündəlik əməliyyatlarına rəhbərlik etməklə yanaşı, satışın inkişafı, korporativ əlaqələr və rəqəmsal proseslərin koordinasiyasında əsas rol oynayacaq.

İş şəraiti

  • Şirkət: ITS Tour (IATA sertifikatlı turizm şirkəti)
  • Yer: Bakı
  • İş qrafiki: Tam ştat

Əsas vəzifə öhdəlikləri 

  • Şirkətin gündəlik fəaliyyətinə operativ və strateji rəhbərlik etmək
  • Satış, əməliyyat və müştəri xidmətləri komandalarının idarə olunması
  • Korporativ müştərilərlə yüksək səviyyəli danışıqların aparılması
  • Komanda performansının artırılması və daxili proseslərin optimallaşdırılması
  • ITS Tour-un yeni veb-saytı və rəqəmsal layihələri üzrə IT komandası ilə mütəmadi koordinasiya
  • Rəhbərliyə dövri hesabatların təqdim edilməsi

Namizədə tələblər

  • Turizm sektorunda minimum 3–4 il real iş təcrübəsi
  • Ali təhsil (turizm, biznes, idarəetmə və ya əlaqəli sahələr üstünlükdür)
  • Güclü korporativ ünsiyyət və danışıqlar bacarığı
  • Komanda idarəçiliyi və liderlik təcrübəsi
  • Rəqəmsal alətlər (veb-sayt, CRM, daxili sistemlər) üzrə anlayışlı olmaq və IT komandası ilə effektiv koordinasiya bacarığı
  • Analitik düşüncə, məsuliyyət və qərarvermə qabiliyyəti

Təklif edirik

  • IATA sertifikatlı, aktiv və böyüyən turizm şirkətində rəhbər mövqe
  • Qərarvermə və inkişaf proseslərində real təsir imkanı
  • Rəqabətədavamlı əmək haqqı və nəticəyə bağlı bonus sistemi
  • Peşəkar və dinamik iş mühiti

Namizədlər CV-lərini mövzu hissəsində “İcraçı Direktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly501
  • Monthly1680