İTS Tour komandamıza Ağ Şəhərdə yerləşən ofisimizdə çalışacaq kreativ və məsuliyyətli SMM mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Instagram və TikTok səhifələrinin idarə olunması;
- Foto və video çəkilişlərinin həyata keçirilməsi;
- Reels, Stories və postlar üçün kreativ kontentlərin hazırlanması;
- Kontent planının hazırlanması və paylaşımların idarə edilməsi;
- Turizm və səyahət mövzusunda kreativ ideyaların hazırlanması;
- Sosial media trendlərinin izlənilməsi və tətbiq olunması.
Namizədə tələblər:
- SMM sahəsində təcrübə;
- Foto və video çəkiliş bacarığı;
- Kreativ və dinamik düşüncə;
- CapCut, Canva və digər kontent proqramlarında işləmək bacarığı;
- Instagram və TikTok platformalarına hakim olmaq;
- Məsuliyyətli, aktiv və ünsiyyətcil olmaq;
- Portfolio təqdim edə bilmək.
İş şəraiti
- İş yeri: Ağ Şəhər, İTS Tour ofisi
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: Müsahibə əsasında
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Səyahət sahəsinə marağınız və kreativliyiniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq!