Əgər turizm sahəsinə marağınız varsa, müştərilərlə işləməyi sevirsinizsə və viza prosesləri üzrə bilik və təcrübəniz varsa — sizi komandamızda görməkdən məmnun olarıq!
Əsas vəzifələr:
- Viza müraciətlərinin hazırlanması və sənədlərin yoxlanılması
- Müştərilərə viza prosedurları ilə bağlı ətraflı məlumat verilməsi
- Sənədlərin düzgün və vaxtında hazırlanmasının təmin edilməsi
- Səfirlik və viza mərkəzləri ilə iş
- Müştəri müraciətlərinin operativ şəkildə cavablandırılması
Tələblər:
- Viza sahəsində iş təcrübəsi
- Turizm sektorunda təcrübə üstünlükdür
- Diqqətli, məsuliyyətli və operativ olmaq
- Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı
- Azərbaycan dilində səlis danışıq
- Rus və ingilis dili biliyi üstünlükdür
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən
Müraciət üçün CV-nizi +994 55 236 32 62 nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.