Vəzifə öhdəlikləri:
- Elektromontaj işlərinin planlaşdırılması, təşkili və koordinasiyası;
- Brigadaya rəhbərlik etmək, yeni işçilərin öyrədilməsi və adaptasiyası;
- Elektrik avadanlıqlarının yığılması, montajı, sazlanması və istismara verilməsi;
- Kabel-kanal və kabel xətlərinin çəkilməsi, qoşulmaların icrası;
- Avadanlıqların test olunması, ölçmələrin aparılması və texniki nasazlıqların aradan qaldırılması;
- Müştəri obyektlərində servis və dəstək işlərinin təşkili;
- Texniki sənədlərin və hesabatların aparılması;
- Əmək təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət;
- Alət və avadanlıqlara düzgün yanaşma və saxlanmasına nəzarət.
Tələblər:
- İş təcrübəsi: ən azı 3 il müvafiq sahədə;
- Təhsil: orta ixtisas (ali təhsil üstünlükdür);
- Dillər: Azərbaycan və Rus;
- Kompüter bilikləri: Microsoft Office proqramlarında səriştə;
- Texniki proqramlar: AutoCAD proqramı üzrə biliklər.
Əlavə məlumat:
- İş saatları: 09:00–18:00 (Bazar ertəsi-Cümə)
- İş yeri: Bakı şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.