JS Group komandasına Photo & Video Editor / Reels Maker axtarırıq!
Dinamik və yaradıcı komandamızda görmək istədiyimiz, vizual məzmun istehsalında təcrübəli yeni komanda yoldaşı axtarışındayıq.
Əsas Vəzifələr:
- Instagram Reels videolarının CapCut və Adobe Premiere Pro vasitəsilə yaradılması və montajı.
- Turlarımızdan (çəkilişlərdən) əldə olunan müştəri şəkillərinin Adobe Lightroom və Photoshop proqramlarında peşəkar şəkildə işlənməsi və redaktəsi.
- Verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə təhvil verilməsi.
Namizədə Tələblər:
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
- CapCut, Adobe Premiere Pro, Lightroom və Photoshop proqramlarını yüksək səviyyədə bilmək.
- Detallara diqqət, vaxtın idarə olunması və komanda ilə işləmə bacarığı.
İş Şərtləri:
- İş qrafiki: Həftədə 5 gün | 10:00 – 18:00
- Ofis ünvanı: Arena Plaza, Koroğlu
- Əmək haqqı: 600 AZN
Vakansiya ilə maraqlanan namizədlər portfoliolarını və CV-lərini bizə göndərə bilərlər!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.