Montajçı / Videoqraf

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Montajçı / Videoqraf

  • Deadline 3 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza yaradıcı düşüncəyə sahib, video çəkilişi və montaj sahəsində təcrübəli Montajçı / Videoqraf axtarırıq.

Vəzifə öhdəlikləri

  • Sosial media üçün müxtəlif formatlarda video çəkilişlərinin həyata keçirilməsi;
  • Çəkilmiş video materialların seçilməsi, kəsilməsi və montaj edilməsi;
  • Reels, TikTok, Shorts və digər sosial media formatları üçün qısa və dinamik videoların hazırlanması;
  • Videolarda kreativ keçidlər, effektlər, animasiyalar və digər montaj elementlərindən istifadə edilməsi;
  • Video və audio materialların keyfiyyətli şəkildə işlənməsi;
  • Səs, musiqi və digər audio elementlərin videoya uyğunlaşdırılması;
  • Hazırlanan videoların sosial media platformalarının format və tələblərinə uyğunlaşdırılması;
  • Çəkiliş zamanı kadr, işıq, səs və görüntü keyfiyyətinə diqqət yetirilməsi;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək;

Namizədə tələblər

  • Videqoqraf sahəsində minimum 3 il iş təcrübəsi 
  • Video çəkilişi və montaj sahəsində praktiki biliklər;
  • Adobe Premiere Pro, Adobe After Effects, DaVinci Resolve, CapCut və ya digər montaj proqramlarından yaxşı səviyyədə işləmək bacarığı;
  • Videoları düzgün kəsib-doğramaq, ritmə uyğun montaj etmək və maraqlı süjet yaratmaq bacarığı;
  • Sosial media üçün baxımlı və dinamik videolar hazırlamaq bacarığı;
  • Kadr quruluşu, işıqlandırma və video çəkiliş prinsipləri haqqında anlayış;
  • Audio və video sinxronizasiyası üzrə bacarıq;
  • Media, radio, televiziya və ya xəbər sahəsində iş təcrübəsinin olması
  • Verilən tapşırıqları vaxtında icra etmək;
  • Komanda ilə işləmək və verilən geri dönüşlərə uyğun düzəlişlər etmək;

Vakansiya ilə maraqlanan namizədlər CV və portfolio/linklərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly594
  • Monthly480