SMM Manager

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SMM Manager

  • Deadline 2 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Jseven Company MMC komandamıza minimum 3 il iş təcrübəsi olan, kreativ düşüncəli və nəticəyönümlü SMM Manager axtarır.

Əsas vəzifələr

  • Instagram, TikTok, Facebook və digər sosial media hesablarının idarə olunması;
  • Aylıq və həftəlik kontent strategiyasının və kontent planının hazırlanması;
  • Post, Reels, Stories və digər sosial media formatları üçün kreativ ideyaların hazırlanması;
  • Kontentin mətn, vizual və kommunikasiya baxımından brend üslubuna uyğunlaşdırılması;
  • Sosial media trendlərinin və rəqəmsal yeniliklərin mütəmadi izlənilməsi;
  • Aktual mövzuların brendə uyğun kreativ kontentə çevrilməsi;
  • Foto və video çəkilişləri üçün kreativ konseptlərin hazırlanması və prosesin koordinasiyası;
  • Meta Ads / Target reklam kampaniyalarının qurulması, idarə olunması və optimallaşdırılması;
  • Reklam büdcəsinin effektiv idarə edilməsi;
  • Reklam nəticələrinin analiz edilməsi və performans göstəricilərinin artırılması;
  • A/B testlərin aparılması və nəticələrə əsasən strategiyanın optimallaşdırılması;
  • Auditoriyanın davranışlarının, maraqlarının və rəqiblərin analiz edilməsi;
  • Aylıq sosial media və reklam nəticələri üzrə hesabatların hazırlanması;
  • Brendin sosial mediada tanınmasının və engagement göstəricilərinin artırılması.

Namizədə tələblər

  • SMM sahəsində minimum 3 il iş təcrübəsi;
  • Instagram, TikTok və Facebook platformalarında peşəkar iş təcrübəsi;
  • Meta Ads Manager ilə praktiki işləmə bacarığı;
  • Target reklamlarının qurulması və optimallaşdırılması üzrə təcrübə;
  • Güclü kreativ düşüncə və ideya yaratmaq bacarığı;
  • Kontent strategiyası və kontent planlaması üzrə bilik;
  • Güclü copywriting və kommunikasiya bacarığı;
  • Sosial media trendləri və auditoriya davranışları haqqında yaxşı anlayış;
  • Analitik düşüncə və reklam nəticələrini təhlil etmək bacarığı;
  • KPI-larla işləmək və nəticəyönümlü yanaşma;
  • Güclü vizual zövq və brend estetikasını qoruma bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və operativlik;
  • Komandada işləmək və kreativ ideyaları effektiv şəkildə təqdim etmək bacarığı;
  • Azərbaycan dilini səlis bilmək; rus və/və ya ingilis dili biliyi əlavə üstünlükdür;
  • Portfolio təqdim etmək.

İş şərtləri

  • İş formatı: Ofisdən
  • İş rejimi: Full-time
  • Tələb olunan təcrübə: Minimum 3 il

Maraqlı və dinamik layihələr üzərində işləmək, kreativ ideyalarını reallaşdırmaq və peşəkar inkişaf etmək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Müraciət üçün CV və portfolio-nu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily122
  • Weekly484
  • Monthly370