JYSK mağazalar şəbəkəsində anbar üzrə komandanı gücləndirmək üçün məsuliyyətli və operativ əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri:
- Təchizat maşınlarının boşaldılması prosesində iştirak və nəzarət;
- Malların çeşidlənməsi, sənədlər üzrə yoxlanılması və düzgün şəkildə qəbul edilməsi;
- Qəbul olunmuş məhsulların saxlama qaydalarına uyğun olaraq anbara yerləşdirilməsi;
- Anbarda gündəlik mal hərəkətinin (daxilolma və çıxış) nəzarətdə saxlanılması;
- Anbar daxilində əlavə çeşidləmə və səliqə-sahmanın təmin edilməsi;
- Satış heyətinin sorğularına uyğun olaraq tələb olunan məhsulların operativ şəkildə tapılması və təqdim edilməsi;
- Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək göstərilməsi;
Tələblər:
- Fiziki cəhətdən sağlam
- Məsuliyyətli və intizamlı
- Komandada işləmək bacarığı
Əmək haqqı: 650 AZN+Bonus
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Anbar-fəhlə” qeyd etməyiniz xahiş olunur.
Komandamıza qoşulmaq üçün fürsəti qaçırmayın!