Anbardar-fəhlə (Sumqayıt filialı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbardar-fəhlə (Sumqayıt filialı)

  • Deadline 17 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

JYSK komandasında karyeranıza başlayın!

JYSK – Skandinaviya mənşəli beynəlxalq pərakəndə satış şirkətidir. Dünyanın minlərlə mağazasında çalışan əməkdaşlarımızın uğurunun əsasını güclü komanda ruhu, inkişaf və qarşılıqlı dəstək təşkil edir.

Hazırda Sumqayıt filialımız üçün məsuliyyətli və enerjili Anbardar-fəhlə axtarırıq.

Sizin əsas vəzifələriniz:

  • Təchizat avtomobillərinin boşaldılmasında iştirak etmək;
  • Malları sənədlərə uyğun qəbul etmək, yoxlamaq və çeşidləmək;
  • Məhsulları anbar standartlarına uyğun yerləşdirmək;
  • Anbarda mal dövriyyəsinə (qəbul və çıxış) nəzarət etmək;
  • Anbarın səliqə və təhlükəsizlik qaydalarına uyğun saxlanılmasını təmin etmək;
  • Satış komandasını tələb olunan məhsullarla operativ şəkildə təmin etmək;
  • Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək göstərmək.

Sizdən gözləntilərimiz:

  • Fiziki cəhətdən sağlam olmaq;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Komanda ilə işləməyi bacarmaq;
  • Operativ və öyrənməyə açıq olmaq;
  • Anbar və ya logistika sahəsində iş təcrübəsi üstünlük hesab olunur.

JYSK sizə nə təklif edir?

  • 650 AZN əmək haqqı + bonus sistemi;
  • Beynəlxalq və etibarlı şirkətdə stabil iş;
  • Təlim və peşəkar inkişaf imkanları;
  • Karyera yüksəlişi perspektivi;
  • Dəstəkləyici və mehriban komanda mühiti;

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində: "Anbardar-fəhlə (Sumqayıt)" qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly614
  • Monthly1678