JYSK komandamıza məsuliyyətli, çevik və fiziki cəhətdən aktiv Yükləyici – Anbar əməkdaşı axtarırıq.
Əgər dinamik iş mühitində çalışmağı sevirsinizsə, fiziki iş sizin üçün uyğundursa və komandada işləməyi bacarırsınızsa, JYSK komandasında sizi görməkdən məmnun olarıq!
JYSK-də logistika və anbar komandası malların mağazalara və onlayn sifarişlərə vaxtında və səmərəli çatdırılmasında mühüm rol oynayır.
Əsas vəzifələr
- Təchizat maşınlarının boşaldılması və yüklərin qəbul prosesində iştirak etmək;
- Malların çeşidlənməsi, sayılması və müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
- Qəbul edilmiş malların müəyyən olunmuş qaydalara uyğun şəkildə anbara yerləşdirilməsi;
- Anbara daxil olan və anbardan çıxan malların hərəkətinə nəzarət etmək;
- Malların təhlükəsiz və səmərəli yerləşdirilməsini təmin etmək;
- Satış komandalarının sorğuları əsasında tələb olunan malları operativ şəkildə tapmaq və təqdim etmək;
- Anbar daxilində səliqə-sahmanın və iş zonasının düzgün təşkilinin təmin edilməsi;
- Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək olmaq;
- İnventarizasiya və digər anbar əməliyyatlarında iştirak etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
- Fiziki cəhətdən sağlam və aktiv olmaq;
- Məsuliyyətli və intizamlı olmaq;
- Operativ və diqqətli işləmək bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Anbar və ya logistika sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür, lakin məcburi deyil.
JYSK-da təhlükəsizlik bizim üçün prioritetdir. Əməkdaşlar iş təhlükəsizliyi və erqonomik iş üsulları üzrə müvafiq təlimatlar alırlar.
Biz nə təklif edirik?
- Əmək haqqı: 650 AZN + bonus
- İş qrafiki: növbəli, 6 günlük iş həftəsi
- İş yeri: JYSK (Tər-Gül və Crescent Mall filialları)
- Stabil və beynəlxalq şirkətdə çalışma imkanı, karyera yüksəlişi.
- Peşəkar və komanda yönümlü iş mühiti
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Yükləyici – Anbar əməkdaşı” qeyd etməyiniz xahiş olunur.
JYSK komandasına qoşulun!
Birlikdə daha güclü nəticələr yaradaq