Öhdəliklər
- Tələblərin sənədləşdirilməsi: Sistem tələblərinin texniki tələblərə çevrilməsi, detallı spesifikasiyaların hazırlanması.
- Sistem analizi və dizaynı: Mövcud proseslərin, sistemlərin təhlili, onlarda olan boşluqların aşkarlanması, optimallaşdırılması üçün təkliflər hazırlamaq. Yeni sistem dizaynı və tətbiq olunacaq həll yollarının təklif edilməsi.
- Komanda ilə əməkdaşlıq: Daxili komanda, üçüncü tərəf təchizatçılar, Partnyor təşkilatlar və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək.
- Test proseslərinə dəstək olunması: Yeni həllərin və sistemlərin test edilməsi üçün ssenarilərin hazırlanmasına və test proseslərinə dəstək.
- Layihə idarəetməsi dəstəyi: Layihə müddətində irəliləyişin izlənilməsi, risklərin və problemlərin həlli üçün dəstək vermək.
- Biznes ilə kommunikasiya: Bizneslə əlaqə quraraq onların tələblərini və gözləntilərini müəyyənləşdirmək və müvafiq həll yolları təklif etmək.
Tələblər
- Təhsil: Ali təhsil
- Təcrübə: İT Biznes Analitik vəzifəsində ən azı 3+ il iş təcrübəsi
- Ödəniş sistemlərin inteqrasiyası, tələblərin toplanması və təhlili, Visa və Master card ilə iş təcrübəsi.
- Analitik bacarıqlar: Məlumatların analiz edilməsi, proseslərin optimallaşdırılması və sistemlərin işləmə mexanizmlərinin dərin təhlil bacarığı.
- Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər (arzuolunandır).
- Texniki biliklər: SQL, API-lərlə (SOAP/Rest) işləmə təcrübəsi, bank və ödəniş sistemləri barədə biliklər.
- Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək.
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir.
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
Müraciət:
- CV-nizi mövzu hissəsinə "İnformasiya texnologiyaları üzrə analitik" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.