İş şəraiti:
- Şəhər: Bakı
- İş rejimi: 6 gün/növbəli
- Əmək haqqı: Razılaşma yolu ilə
Tələblər:
- Ali təhsil;
- Texniki sahədə ən azı 1 il təcrübə;
- Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
- Kompüter sistemləri və digər texniki məhsullar barədə anlayışlar;
- MS ofis proqramlarında iş qabiliyyəti;
- İşgüzar ünsiyyət əxlaqı, analitik düşüncə, peşə etiketi qaydaları.
İş barədə məlumat:
- Avadanlıqların texniki servisini yerinə yetirmək, nasazlıqları aradan qaldırmaq və onların düzgün işləməsini təmin etmək;
- Verilən tapşırığa əsasən montaj və demontaj işlərini görmək;
- Gündəlik olaraq sahədə yaranan problemlərin dəqiq və vaxtında aradan qaldırmaq;
- Servis zamanı aşkar edilən nasazlıq və problemləri aradan qaldırmaq, avadanlıqlardakı zədələnmiş hissələri dəyişdirmək və ya bərpa etmək, təmir işlərinin keyfiyyətini təmin etmək.
- Gündəlik olaraq servis zamanı görülən işlər, istifadə olunan materiallar və dəyişdirilən ehtiyat hissələri haqqında detallı qeydiyyat aparmaq və bu məlumatları növbə üzrə qrup rəhbərinə bildirmək;
Müraciət:
CV-nizi mövzu hissəsinə "Kiçik texnik" yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.