Kapital Bank Kapital Bank
  • 244

Biznesə dəstək departamentinin Valyuta və klirinq şöbəsinin mütəxəssisi

Biznesə dəstək departamentinin Valyuta və klirinq şöbəsinin mütəxəssisi

  • Deadline 28 Dekabr 2024

Rol haqqında

Xarici valyuta ödənişlərini müvafiq qanunvericiliyə, Mərkəzi Bankın normativ hüquqi sənədlərinə və Bankın digər qaydalarına uyğunluğunu yoxlayaraq təsdiq edən və detallara qarşı diqqətli olan, rus dili və ingilis dili bilikləri olan peşəkar mütəxəssis axtarırıq.

 Öhdəliklər:

  • Bankın və müştərilərin xarici valyuta əməliyyatlarını müvafiq ödəniş sistemlərində avtorizasiya, modifikasiya və ya verifikasiya etmək;
  • Xarici valyuta ödənişlərinin müvafiq qanunvericiliyə, Mərkəzi Bankın normativ hüquq sənədlərinə və Bankın digər qaydalarına uyğun aparılmasına nəzarət etmək; 
  • BƏS-də lazımi müxabirləşmələrin yığımı və avtorizasiya edilməsi; 
  • Xarici valyutada idxal və ixrac əməliyyatları üzrə daxil olmuş yük gömrük bəyannamələrinin vaxtında bağlanmasını təmin etmək;
  • Xarici valyutada idxal və ixrac əməliyyatlarının müvafiq qanunvericiliyə uyğun vaxtı tamam olduqda yük gömrük bəyannaməsi təqdim olunmamış müştərilərin siyahısının Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etmək; 
  • Ümumi şöbə üzrə nəzərdə tutulan iş yükünün tam olaraq təmin edilməsində iştirak və s.

Tələb olunan bacarıq və təcrübə

Sizin barənizdə: 

  • Bank sahəsi üzrə ən az 2 il iş təcrübəsi; 
  • Rus və İngilis dillərini orta səviyyədə bilməsi;
  • Analitik düşünmə qabiliyyəti, Ünsiyyət,komandada işləmək və problemləri həll etmə bacarığı;
  • Məsuliyyət, etibarlılıq, dəqiqlik kimi keyfiyyətlərə sahib olması ;

İşə qəbul prosesi

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • İmtahan 
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Uyğun namizədlər linkə keçid edərək vakansiyaya müraciət edə bilərlər.

  • Daily109
  • Weekly539
  • Monthly2195