Kapital Bank Kapital Bank
  • 470
Kapital Bank

Kapital Bank

Banks , Financial services

Daxili kommunikasiya şöbəsinin Korporativ Sosial Məsuliyyət bölməsinin aparıcı mütəxəssisi

Daxili kommunikasiya şöbəsinin Korporativ Sosial Məsuliyyət bölməsinin aparıcı mütəxəssisi

  • Истекает 28 декабрь 2024

Rol haqqında

Kapital Bank-ın Korporativ Sosial Məsuliyyət bölməsinə aparıcı mütəxəssis axtarışındayıq. Qırmızı Ürəklər Fondu Kapital Bank tərəfindən təsis edilib və bankın korporativ sosial məsuliyyət sahəsinə aid istiqamətlərindən biridir. Bu sahədəki hazırkı məqsədimiz ictimai və sosial əhəmiyyətli, cəmiyyətimiz üçün həssas və vacib olan məsələlərlə əlaqədar sosial təşəbbüslərin, maarifləndirmə, təlim-tədris, sosial yönümlü aksiyaların, layihələrin həyata keçirilməsidir. Cəmiyyətə töhfə vermək, onun inkişafında paya sahib olmaq, ölkəmizin gələcək rifahı üçün çalışmaq bizim əsas məqsədlərimizdən biridir. Əminik ki, yeni KSM əməkdaşımız bu məqsədlərə birlikdə nail olmağımızda əhəmiyyətli rol oynayacaq.

Öhdəliklər

  • Vətəndaş cəmiyyəti sahəsində (QHT) layihələrin idarə edilməsi;
  • Müxtəlif sosial tədbirlərin, layihələrin hazırlanması və icra edilməsi;
  • Müxtəlif KSM layihələrinin təşəbbüsü və icra edilməsi, bu istiqamətdə tərəfdaşlarla müvafiq işlərin aparılması, koordinasiyanın təşkil edilməsi;
  • KSM layihələrinin icrası ilə əlaqədar müvafiq dövlət və özəl qurumlar, təşkilatlar, agentliklə, konüllülərlə və s. əməkdaşlıq edilməsi, layihənin tam şəkildə icrasının təmin edilməsi;
  • KSM layihələrinin A-dan Z-yə planlaşdırılması, büdcələnməsi, icra edilməsi, hesabatın təqdim edilməsi işlərinin görülməsi;
  • Həyata keçirilən KSM fəaliyyəti haqqında kommunikasiyanın hazırlanması;
  • KSM ilə əlaqədar əsas paydaşların (Vətəndaş Cəmiyyəti İnstitutları, media, hökümət, müştərilər və s.) ehtiyaclarının araşdırılması, təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
  • Həyata keçirilən tədbirlərin nəticələrini təhlil etmək, aylıq, rüblük və illik hesabatları tərtib etmək;
  • Layihələrin monitorinqini aparmaq

Tələb olunan bacarıq və təcrübə

Sizin barənizdə: 

  • Ali təhsil;
  • QHT-lər, vətəndaş cəmiyyəti sektoru layihələri ilə iş təcrübəsi;
  • Layihələrin idarə edilməsi sahəsində ən azı 2-3 il iş təcrübəsi;
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • Standart MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarıqları (Word, Excel, PowerPoint və s.)
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (ingilis dili və rus dili biliyi arzuolunandır);
  • Layihə idarəetmə bacarığı;
  • Təşklatçılıq və təmsil etmək bacarığı;
  • Kreativlik və nəticə yönümlülük;

İşə qəbul prosesi

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • İmtahan 
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Uyğun olan namizədlər linkə keçid edərək vakansiyaya müraciət edə bilərlər.

  • Daily132
  • Weekly132
  • Monthly137