Fraud Hallarının İdarə Edilməsi Şöbəsinin Aparıcı Mütəxəssisi

  • Истекает 4 июнь 2026

Vakansiya haqqında

  • Birbankda fraud risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz qərarların qəbulunda, indikatorların müəyyən edilməsi və onların mütəmadi yenilənməsində komanda işinə dəstək göstərə biləcək peşəkar namizədlər axtarışındayıq.

Tələblər

  • Ali təhsilə (maliyyə, iqtisadiyyat, biznes idarəetməsi, hüquq və ya oxşar sahələrdə);
  • Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsinə;
  • Milli qanunvericilik və tənzimləyici tələblər üzrə biliklər və onlarla praktiki işləmə bacarığına;
  • Basel prinsipləri və beynəlxalq risk idarəetmə yanaşmaları üzrə biliklərə;
  • Fraud, risk və audit üzrə beynəlxalq sertifikatlara (CFE, CIA, CRMA və s.);
  • Araşdırma bacarığına;
  • Bankçılıq və ya fintech sahəsində əlavə təcrübəyə sahib olmaq.

Öhdəliklər

  • Bankın bütün kampaniya və stimullaşdırıcı tədbirlərində (lotereya, müsabiqə və s.) fraud risklərinin təhlili, rəy və təkliflərin verilməsi;
  • Yeni və mövcud bank məhsulları, xidmətləri, layihələri üzrə fraud risklərinin qiymətləndirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
  • Fraud idarəetməsinə dair daxili normativ sənədlərin yoxlanması, təkmilləşdirilməsi və yeni layihələrə rəy verilməsi;
  • Yerli və beynəlxalq fraud tendensiyalarının izlənilməsi, qabaqcıl təcrübələrin tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
  • Fraud aşkarlanması üçün indikator, davranış ssenariləri və skorinq modellərinin təhlili və inkişaf etdirilməsi;
  • Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Fraud hallarının araşdırılması, səbəblərin təhlili və aradan qaldırılması üçün tədbirlər planının hazırlanması;
  • Fraud risklərinin idarə edilməsi siyasətinin icrasına nəzarət və bu sahədə “dözümsüzlük mədəniyyətinin” təşviqi;
  • İşçi heyət üçün fraud risklərinə dair təlimlərin təşkili və bankdaxili kommunikasiyanın aparılması;
  • Risk idarəetməsi, daxili audit və digər müdafiə xətləri ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi.

Təklif olunanlar

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly157
  • Monthly290