Rol haqqında
İşçi Bağlılığı və Motivasiyası üzrə aparıcı mütəxəssis Kapital Bank daxilində güclü və davamlı münasibətlərin qurulmasına dəstək olacaq peşəkardır. Əsas məqsədi effektiv ünsiyyət və motivasiya strategiyaları vasitəsilə işçi məmnuniyyəti və işçi bağlılığını yaratmaqla yanaşı dinamik və daima inkişaf edən mühitin ayrılmaz hissəsi olacaqdır. Bank əməkdaşları tərəfindən sadəcə biznes iş yeri kimi deyil, etibarlı, dürüst və davamlı bir mühitin mövcud olduğu birlik kimi qəbul edilməsi bizim üçün vacibdir. Bu istiqamətdə bizə dəstək olacaq və birlikdə böyük nailiyyətlərə doğru addımlayacağımız perspektivli əməkdaşın axtarışındayıq.
Öhdəliklər
- Əməkdaşlar üçün daimi olaraq motivasiya və məmnuniyyət sorğularının keçirilməsi;
- Exit və Stay müsahibələrinin həyata keçirilməsi və action plan üzə təklifləırin təqdim edilməsi;
- Proseslər üzrə optimallaşdırmaya dəstək verilməsi;
- Əməkdaşlar üçün motivasiya tədbirlərinin təşkilini dəstək verilməsi.
Tələb olunan bacarıq və təcrübə:
Sizin barənizdə:
- Minimum 2 il HR təcrübəsi olan
- Ali təhsilli -İnsan resursları, psixologiya, sosiologiya, idarəetmə sahələri üzrə ali təhsil arzu olunandır
- Ünsiyyətcil
- Stresə davamlı
- Empatiya hissi güclü olan
- Nəticə və həll yönümlü
- Aktiv və təşəbbüskar
- Öyrənməyə həvəsli
- Azərbaycan dili mükəmməl, rus dili arzuolunandır.
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- İmtahan
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri
- Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- İş modeli: Hibrid
- Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var.
- Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.
Maraqlanan kandidatlar link-ə keçid edərək, müraciət edəbilərlər.