Vəzifə öhdəlikləri
- Anbarda mal və materialların müvafiq sistem (ardıcıllıq və səliqə) üzrə yerləşdirilməsini təmin etmək;
- Anbara daxil olan malları müşayiətedici sənədlər əsasında sayaraq qəbul etmək (mədaxil);
- Stok qalıqlarına mütəmadi nəzarət etmək və dövri sayımlarda (inventarizasiya) iştirak etmək;
- Nasaz məhsullar, mal əskikliyi və ya korlanma hallarında müvafiq qüsur aktlarını hazırlamaq.
- Sifarişlər əsasında iş ardıcıllığını müəyyən etmək və gündəlik çatdırılma planını səmərəli təşkil etmək;
- Məhsulların vaxtında və düzgün ünvanlara çatdırılmasına birbaşa nəzarət etmək;
- Daxil olan sorğular əsasında yüklərin mağazalara, anbarlara və ya servis mərkəzlərinə daşınmasını idarə etmək
- Anbar əməliyyatlarını (mədaxil/məxaric) ERP və ya digər uçot sistemində dəqiqliklə qeyd etmək;
- Daşınma prosesi üçün tələb olunan bütün rəsmi sənədləri (yol vərəqələri, qaimələr, təhvil-təslim aktları) hazırlamaq və çap etmək;
- Müşayiətedici sənədlərin tamlığını və qanunvericiliyə uyğunluğunu yoxlamaq.
- Yükləmə-boşaltma proseslərini və işçilərin (fəhlə/sürücü) fəaliyyətini koordinasiya etmək;
- Müştərilərdən və ya digər şöbələrdən gələn zəngləri, sorğuları və e-məktubları cavablandırmaq, yaranan logistik problemləri çevik həll etmək.
Ümumi tələblər:
- Müvafiq sahədə iş təcrübəsi
- MS Office bilikləri
- Malların qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir
- Güclü ünsiyyət bacarığı, komanda işinə meylli olmaq
- Vaxt idarə etmə bacarıqlarına sahib olmaq
İş şəraiti:
- İş yeri: Binəqədi-Xırdalan şossesi
- İş saatları: 08:30-17:30
- İş günləri: həftədə 6 gün
- Şirkət tərəfindən naharla təmin edilmə
- Sınaq müddətindən sonra könüllü tibbi sığorta
Uyğun namizədlər CV-lərini mövzu yerinə “Dispetçer-Anbardar” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.