İş barədə məlumat:
- Satış, tələb proqnozlarına, resursların mövcudluğuna və keyfiyyət tələblərinə əsaslanaraq istehsal planlarını və cədvəllərini hazırlamaq;
- Texniki əsaslanmış vaxt (hasilat) normalarını, xətti və qovşaq qrafiklərinin işlənib hazırlanmasında iştirak etmək;
- Texnoloji normativləri, təlimatları, marşrut xəritələrini, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsini və başqa texnoloji sənədləri işləyib hazırlamaq;
- Texnoloji avadanlığın düzgün istismarına nəzarət etmək;
- İstehsal ediləcək məhsulların normalarını işləyib hazırlamaq və avtomatlaşdırılmış istehsal prosesinin təşkil etmək;
- İstehsal prosesindəki dayanmaların qeydiyyatı, səbəbinin araşdırılması və son hesabatın hazırlamaq;
- İstehsal həcmləri, keyfiyyət göstəriciləri, prosesin səmərəliliyi göstəriciləri və dayanma müddətlərinin təhlili daxil olmaqla, istehsal hesabatlarının hazırlamaq;
Vəzifəyə dair tələblər:
- Ali təhsil - Kimya mühəndisliyi
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Xammala, materiala və hazır məhsula qoyulan texniki tələbləri bilməli
- Texniki sənədləşdirmənin aparılması və hazırlanması üzrə təlimat və başqa rəhbər materialları üzrə təcrübəsi olmalı
- MS Office komputer proqramı üzrə bacarıqları
- Təhlükəsizlik standartlarına riayət etmək
- Analitik düşünmə bacarığı
İş yeri: Sumqayıt Sənaye Parkı ərazisi
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni e-mail ünvanına mövzu yerində “İstehsalat mühəndisi ” yazaraq göndərə bilərlər.