Öhdəliklər:
- Korporativ satış üzrə bazar araşdırmalarının aparılması, yeni əməkdaşlıqların qurulması və mövcud müştərilərə satışın həyata keçirilməsi;
- Müştəri tələblərinə uyğun təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
- Potensial müştərilərlə görüşlərin keçirilməsi, danışıqların aparılması və onların müqavilə əsasında əməkdaşlığa cəlb edilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun təkliflərin vaxtında təqdim olunması;
- Rayonlarda layihəsi olan müştərilərin layihələrinin yerində ziyarət edilməsi;
- Müştərilərin şirkətin məhsul və xidmətləri ilə tanış edilməsi;
- Daxil olan sorğuların vaxtında və dəqiq cavablandırılması;
- Sifarişlərin çatdırılma prosesinə nəzarət edilməsi;
- Ödənişlərin izlənilməsi, gecikən ödənişlərlə bağlı müştərilərin məlumatlandırılması və debitor borcların yığılması;
- Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün tədbirlərin görülməsi;
- Satış səmərəliliyinin təhlil edilməsi və onun artırılması üçün təkliflərin hazırlanması;
- Korporativ satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
- Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadə edilməsi;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması.
Tələblər:
- Ali təhsil (inşaat və ya kimya mühəndisliyi ixtisaslı namizədlərə üstünlük veriləcək);
- Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi (inşaat və tikinti materialları satışı üzrə təcrübə üstünlükdür);
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
- B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklər;
- Uğurlu şəxsi satış təcrübəsi;
- Yüksək danışıq və təqdimat bacarıqları;
- Fərdi və komanda şəklində işləmək bacarığı;
- Azərbaycan dilini yüksək səviyyədə bilmək (türk, rus və ingilis dillərini bilmək arzuolunandır);
- MS Office (Word, Excel) proqramlarını bilmək (CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür).
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi – şənbə;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı + satış bonusu;
- Azərbaycan RespublikasıR Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
- Məhsul və xidmətlər üzrə təlimlər;
- Özəl tibbi sığorta.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-poçtun mövzu hissəsində “Layihələr üzrə satış təmsilçisi” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.