Zəncirli ekskavator operatoru

  • Истекает 23 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Zəncirli ekskavatorun təhlükəsiz, səmərəli və düzgün idarə olunmasını təmin etmək;
  • Kvars qumu yatağında (karxanada) qazıntı, materialın çeşidlənməsi, özüboşaldan yük maşınlarına yüklənməsi və sahə işlərini təlimatlara uyğun yerinə yetirmək;
  • İşə başlamazdan əvvəl texnikanın (mühərrik yağı, hidravlik maye, zəncir gərilməsi və mexaniki hissələr) texniki vəziyyətini diqqətlə yoxlamaq;
  • Texnikanın gündəlik və dövri yağlama (şprisləmə/mətələmə) işlərini müstəqil və vaxtında həyata keçirmək;
  • İş zamanı yaranan istənilən texniki nasazlığa və sahədəki gözlənilməz hallara çevik, adekvat cavab vermək;
  • Aşkar edilmiş ciddi nasazlıqlar və ya risklər barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
  • Texnikanın təmizliyini, düzgün istismarını və yanacaq sərfiyyatına nəzarəti təmin etmək;
  • Texnikanın istismarı zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dəqiq riayət etmək.

Namizədə dair tələblər:

  • Zəncirli ekskavatorun idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi;
  • Kvars qumu yataqlarında və ya karxanada iş təcrübəsinin olması arzuolunandır;
  • Ekskavatoru idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və Sürücü-Operator sertifikatının olması mütləqdir;
  • Zəncirli ekskavatorların mexaniki və hidravlik quruluşu, texniki baxış qaydaları haqqında dərin biliklər;
  • Gündəlik yağlama və texniki qulluq işlərini sərbəst icra etmək bacarığı;
  • Sahədə yaranan problemlərə operativ və adekvat reaksiya vermək bacarığı;
  • Məsuliyyətli, diqqətli, dözümlü və intizamlı olmaq;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı (Balaxanı)
  • İş günləri: Həftədə 6 gün
  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • Şirkət tərəfindən nahar və xüsusi iş geyimi ilə təmin edilmə
  • Sınaq müddətindən sonra özəl tibbi sığorta

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily14
  • Weekly570
  • Monthly1986