Vəzifə öhdəlikləri:
- İş vaxtının uçotu tabelinin hazırlanmasını təmin etmək
- Əməkdaşların davamiyyətinə nəzarət etmək və uyğunsuzluqları aradan qaldırmaq
- Məzuniyyət qrafiklərini hazırlamaq və məzuniyyətlərin rəsmiləşdirilməsini təmin etmək
- İşə qəbul, müsahibələrin təşkili, kadr dəyişiklikləri və işdən azad etmə proseslərini icra etmək
- İşçilərə intizam tənbehlərinin verilməsini təmin etmək
- Əməkhaqqı kartlarının sifarişini və işçilərə təqdim edilməsini təşkil etmək
- Arayış, xasiyyətnamə və digər kadr sənədlərini hazırlamaq
- İşçilərin dövriyyəsi üzrə hesabatları hazırlamaq
İş şərtləri:
- Əməkhaqqı: 600 AZN
- İş qrafiki: 5 günlük Babək prospekti, Nobel prospekti
- Nahar fasiləsi: 13:00 – 14:00
Namizədə tələblər:
- Ali təhsilli namizədlərə üstünlük veriləcək
- Excel və MS Office proqramlarını yüksək səviyyədə bilməli
- Analoji sahədə minimum 3 il iş təcrübəsi (tikinti şirkətlərində təcrübə arzuolunandır)
- Əmək qanunvericiliyi haqqında bilgilərə sahib olmaq
Müraciət:
Tələblərə uyğun olan namizədlər CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd olunmalıdır.